Gündəm

Qarabağa
ll Qarabağ müharibəsində aktiv hərbi əməliyyatlar 10 noyabrda imzalanan üçtərəfli bəyannamə ilə yekunlaşdı.

Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə imzaladıqları bəyannaməyə əsasən rus sülhməramlı kontingenti Qarabağa yerləşdirildi. Onların yerləşirilməsində əsas məqsəd sülhyaratma prosesini təmin etmək, erməni silahlı birləşmələrini Qarabağdan çıxarmaq və bəyannamədən irəli gələn öhdəliklərin yerin yetirilməsinə nəzarət etmələridir.

Digər tərəfdən Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin noyabr bəyanatının 7-ci bəndinə əsasən, qaçqınlar Dağlıq Qarabağ və ətraf ərazilərə BMT-nin qaçqınlar üzrə ali komissarının himayəsində qayıtmalıdırlar.

Lakin hələlik qanunsuz yerləşdikləri yaşayış yerlərini müharibə zamanı tərk edən ermənilər fəal şəkildə həmin yerlərə qaytarılırlar. Azərbaycanlı qaçqınların öz yerlərinə qaytarılması ölkə başçısının diqqətində olsa da, hələlik bu istiqamətdə konkret tarix açıqlanmayıb. Ümumi olaraq isə bu istiqamətdə işlərin aparıldığı və ərazilərin minalardan təmizləndiyi məlumdur.

Lakin Xocalı, Xocavənd, Xankəndi kimi minalanmamış yaşayış yerləri də var.

Bəs azərbaycanlı qaçqınlar nə zaman öz yurdlarına köçürülməyə başlanacaq?

Məsələyə münasibət bildirən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli "Cümhuriyət”ə açıqlamasında deyib ki, dövlət başçısının göstərişi ilə yaradılan komissiya bu istiqamətdə intensiv işlər aparır:

"Görünür ki, belə məsələlər ilk növbədə Rusiya ilə razılaşdırılır. Biz ilk növbədə azərbaycanlı qaçqınları Xankəndinə köçürməliyik. Sovet dövründə Xankəndində yaşayan əhalinin böyük bir hissəsi azərbaycanlılar olub. İndi orada azərbaycanlıların evləri boş qalıb və buna əsasən o yerlərə adamlarımızı köçürə bilərik. Birinci burdan başlanmalıdır. Sonra Şuşaya da müəyyən qədər insan köçürmək olar.

Doğrudur, Şuşanı qoruq şəhər, mədəniyyət mərkəzi elan etmişik. Lakin hər halda ora təhlükəsiz zona olduğu üçün müəyyən qədər insan köçürmək olar. Yəni bu formada məskunlaşma işlərinə başlamalıyıq. Heç olmasa, məskunlaşma Ağdamdan başlamalıdır. Onsuz da Ağdamın yarısı bizdəydi və digər yarısında da minlardan təmizlənmə işi aparılır. İndidən köçürüləcək şəxslərin siyahısı tutulmalıdır.

Məlumata görə, artıq siyahıya almaq işinə də göstəriş verilib. Ölkə başçısının göstərişi ilə "Böyük Qayıdış” planı hazırlanır və bunun üçün komissiya təşkil olunub.

Həmin komissiya qayıdışın əsas konseptual istiqamətlərini müəyyənləşdirir.

Bu əsasla da müvafiq dövlət strukturlarına göstərişlər virilib. Yəni qayıdışın planlı və məqsədyönlü, eyni zamanda operativ olması üçün nə lazımsa, hamısı həyata keçirilir. Hesab edirəm ki, qaçqınların Dağlıq Qarabağ və ətraf ərazilərə qaytarılmasına həm də BMT-nin qaçqınlar üzrə ali komissarlığı da nəzarət etməlidir”.

Politoloq hesab edir ki, Rusiya sülhməramlılarının da səlahiyyətlərindənkənar atdıqları addımların qarşısı da konkret şəkildə alınmalıdır:

"Xocalıda yaşayan əhalinin hamısı azərbaycanlı olub. Qaçqınları Xocalının bizim nəzarətimizdə olan hissələrinə köçürmək lazımdır. Hazırda Xocalı, Xocavən və Xankəndi demək olar ki, qondarma rejimin qalıqlarının nəzarətindədir deyə, həmin ərazilərə bizim əhali köçürülmür. Görünür bu məsələdə ruslar da birmənalı yanaşma sərgiləmirlər. Buna görə də Rusiya sülhməramlılar qarşısında konkret məsələ qoyulmalıdır ki, bəyannamənin müddəlarının yerinə yetirilməsinə mane olmasınlar. Onlar öz üzərlərinə həddən artıq səlahiyyət götürüblər və ermənilərlə bağlı tərəfkeşlik edirlər. Əgər onlara yerləri konkret göstərilməsə, başqa maraqlara da düşəcəklər”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər