Siyasət

“Bu yaramazın hələ də özünü “prezident” kimi aparması...”
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Rusiya, Azərbaycan prezidentləri və Ermənistan Baş naziri arasında Qarabağda müharibənin dayandırılması barədə imzalanan üçtərəfli saziş qondarma rejim tərəfindən pozulur. 

Mumtv.az Yenisabah.az-a istinadən xəbər verir ki, həmin sazişdə Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tanınır. Bu halda avtomatik olaraq Dağlıq Qarabağ da Azərbaycanın ərazisi hesab edilir. Sazişdə Dağlıq Qarabağa hər hansı status verilməsi də nəzərdə tutulmayıb. O zaman separatçı rejimin rəhbəri Araik Arutyunyanın fəaliyyəti haqlı suallar doğurur. Əgər Dağlıq Qarabağ Azərbaycanın ərazisidirsə, qondarma respublika dövlət kimi tanınmırsa və tanınacağı barədə sazişdə hər hansı bir qeyd yoxdursa, separatçı rejim rəhbərinin özünü hansısa dövlətin rəhbəri kimi aparması nədən qaynaqlanır?

Məlumat üçün deyək ki, Araik Arutyunyan hələ də sərəncamlar verir, təyinatlar həyata keçirir, qəbullar təşkil edir və s.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri  Çingiz Qənizadənin fikrincə, üçtərəfli sazişin dışında hansısa müvəqqəti razılaşmalar ola bilər. "Ola bilər ki, biz detallar barədə məlumatlı deyilik. Bildiyimiz yalnız odur ki, Azərbaycan torpaqlarını işğaldan azad edib. Qarabağda status-kvo ölkəmizin xeyrinə dəyişib. Eyni zamanda üçtərəfli sazişdə Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tanınır, Dağlıq Qarabağa hər hansı status verilməsindən söhbət getmir. Hətta Qarabağda sülhməramlı missiyasını yerinə yetirən Rusiyanın prezidenti Vladimir Putin bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bu halda bu yaramazın hələ də orada fəaliyyət göstərməsi, sülhməramlı qüvvələrin komandanı ilə görüşdə başının üstündə qondarma "DQR”in bayrağının olması narahatlıq doğurur. Axı bu kimdir ki, özünü dövlət rəhbəri kimi aparır?

Başqa bir narahatlıq isə Ermənistan silahlı qüvvələrinin hələ də Qarabğda olmasıdır. Üçtərəfli sazişdə qoşunların hazırkı vəziyyətdə dayanması qeyd olunurdu. Söhbət burada separatçı rejimin silahlılarından gedirdi. Amma indi bəlli olur ki, Ermənistan silahlı qüvvələri də Qarabağdadır. Ermənistanda Müdafiə Nazirliyinin qarşısında keçirilən aksiyalarda hərbçilərin valideynləri tələb edir ki, övladları Qarabağdan Ermənistana gətirilsin. Bu fakt da Ermənistan silahlı qüvvələrinin hələ də Qarabağda olduğunu göstərir. Onların orada nə işi var, nəyə nəzarət edirlər, bəlli deyil”, - deyə Çingiz Qənizadə

Keçmiş deputat hesab edir ki, üçtərəfli sazişin bütün tələbləri yerinə yetirildikdən sonra bu məsələlərin həllinə start veriləcək. "Artıq Laçın da Azərbaycana təhvil verildi. Qazaxın 7 kəndi də geri alınandan sonra Ali Baş Komandanın bu problemlərin də həllinə başlayacağını və yaxın günlərdə bunun nəticəsini görəcəyimizi düşünürəm”, - deyə o vurğulayıb.

Son xəbərlər

"Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı

İcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı

Ukraynanın müdafiə naziri danışıqlara hazır olduğunu açıqladı

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Bu məhsullar bahalaşıb - SİYAHI

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb

5000-ə yaxın müəllimin işinə xitam verildi

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Rusiya bu ölkənin hava məkanını pozdu: Dərhal müdaxilə olundu

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun

Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı

Milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

DYP piyadalara müraciət etdi

Niderland parlamentinin deputatı Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti barədə məlumatlandırılıb

Alimlər kvant kompüteri vasitəsilə ilə öyrəndilər: Dünyanı dəhşətli aqibət gözləyir

İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verdi

Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırıldı

Azərbaycan nefti bahalaşdı

Zelenski ilə görüşəcəyi tarix bəlli oldu

ABŞ Ukraynaya qoşun göndərməyəcək - SƏBƏBİ

“Best Beef”in istehsal etdiyi kolbasa və sosisləri yararsız çıxdı-Alıcılar belə aldadılır….

Bu energetik içkilər xərcəng yaradır……

Azərbaycan bu yolu dəhliz adlandıracaq - Simonyandan yeni iddialar

“Tamstore”də vaxtı keçmiş məhsullar satılır-Fotofakt

İlham Əliyev bu əsasnaməni təsdiqlədi

Prezident sərəncam imzaladı

Yol polisi sürücülərə müraciət etdi

Naftalandan tender oyunu- Vüqar Novruzov “Texnolog” MMC ilə necə anlaşdı?

Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ… – Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib

“Dokta” apteklərində reseptsiz dərman satıldığı aşkarlandı

Bütün xəbərlər