Gündəm

Vətən Müharibəsi zabitindən şikayət
Vətən Müharibəsi qazisi, Ali Baş Komandna tərəfindən üç medulla təltif edilən Rizvanlı Toğrul Rizvan oğlu bir neçə gün öncə qəzaya düşərək ölümdən dönsə də, "Atəşgah” sığorta şirkəti qanunvericiliyə uyğun olaraq ödəniş etməkdən imtina edir.

Mubahise.az-a müraciət edən T.Rizvanlı bildirib ki, 2021-ci il yanvarın 17-də səhər saat təxminən 6:35 radələrində idarə etdiyi 99 CR 597 nömrəli avtomobili ilə Masazır dairəsində işıqforun qırmızı işiğında dayanıb, yaşıl işıq yanan zaman hərəkətə başlayıb: "Bu zaman 10 XS 510 dövlət qeydiyat nişanlı avtomobil qarşıma çıxaraq toqquşma hadisəsi törətdi və mənim maşınıma ziyan vurdu. "Atəşgah” sıgorta şirkəti tərəfində sığota hadisəsi 138970 iş nömrəsi ilə qeydə alındı.

Vətən Müharibəsi zabitindən şikayət

Mənim avtomobilimə dəyən ziyanı "Atəşgah” sığorta şirkəti ilk olaraq 2100 manat qiymətləndirdi. Mən etiraz etdim ki, maşının "kapot”u açılmadan, ustaya getmədən necə qiymət çıxarda bilərsiz. Sonra öz servisləri adlandırdıqları "Baku Avto” servisinə göndərdilər və qiymətləndirmə çıxardaraq 2400 manat dəyərləndirdilər. Lakin mənim avtomobilimə dəyən ziyanın məbləği təxminən 4000 manatdır.

Yekun qiymətləndirmə də mənim maşınıma dəyən zərərə görə azdır və servisin işlərinin nə qədər etibarlı, keyfiyyətli olacağına əmin deyiləm. "Atəşgah” sığortanın qaynar xətti ilə əlaqə saxladım və sığorta şirkətində hadisə ilə bağlı işi aparanlarla görüşmək istədiyimi bildirdim. Amma görüşmənin alınmayacağını bildirdilər.

Mən Vətən Müharibəsi döyüşlərində könüllü olaraq ilk gündən, sentyabrın 27-dən iştirak etmişəm.

Ali Baş komandan tərəfindən Vətən Müharibəsi iştirakçısı, Cəbrayıl, Qubadlı rayonlarının azad olunmasına görə medallarla və nümunəvi xidmətimə görə Baş leytenant rütbəsi ilə təltif olunmuşam. Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev çıxışlarının birində bildirib ki, bütün idarə və təşkilatlarda müharibə iştirakçılarını incitməyin. Xahiş edirəm, Ali Baş Komandanın tapşırıqlarına əməl edəsiniz”.

Vətən Müharibəsi zabitindən şikayət
Vətən Müharibəsi zabitindən şikayət
Vətən Müharibəsi zabitindən şikayət

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər