Gündəm

“Standart İnsurance” problemlər bataqlığında batır
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar-iyul ayları üzrə sığorta şirkətlərinin göstəricilərini açıqlayıb.

 

"Standart İnsurance” şirkətinin bu ilin yanvar-iyul ayları ərzində sığorta yığımları 7 mln 157 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 mln 550 min manat və ya 17.8% azdır.

 

Hesabat dövründə şirkətin sığorta yığımları azalsa da ödənişləri artıb. Belə ki, 2018-ci ilin yanvar-iyul aylarında 1 mln 944 min manat sığorta ödənişi edən şirkətin ödənişləri, 2019-cu ilin eyni dövründə 479 min manat artaraq 2 mln 423 min manata çatıb.

 

Şirkətin rəhbərliyi yığımlarının azalmasının səbəbləri və vəziyyəti düzəltmək üçün atılacvq addımları şərh etmək istəməyib.

 

Tanınmış və peşəkar sığorta eksperti İlkin İbrahimov isə «Standard Sığorta» şirkətinin hazırda problemlərlə üz üzə qaldığını və müştərilərə ödəniş etməklə bağlı çətinliklərlə üzləşdiyini bildirib.

 

Ekspert bildirib ki, şirkətin bir sıra aparıcı işçiləri şirkəti tərk edib və nəticədə müştəri məmnuniyyəti cəhətdən problemlər yaşanmağa başlanıb: "Hətta şirkətdə olduğum vaxt nümayəndəsi olduğum şəxsin sənəd qovluğunu 2 saat ərzində tapa bilməmişlər. Bu əlbəttə ki çox üzücüdür”.

 

Bununla yanaşı, qeyd edək ki, "Standard Sığorta” şirkəti 2019-cu ilin ilk 6 ayını mənfəətlə başa vurub. İlk yarım ildə şirkətin mənfəəti 226,8 min manat təşkil edib. Ötən ilin bu dövründə isə şirkət 374 min manat zərər etmişdi. 

 

Əvəzində ilk yarım ildə şirkətin aktviləri 2 milyon manatadək azalaraq 17 321 min manatdan 15 milyon 353 min manata enib. (FED)


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər