Gündəm
Gündəm
Avtomobil sahiblərinə ŞAD XƏBƏR! Prezident bu qanunu ləğv etdi
Gələn ildən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığorta müqavilələri üzrə təqvim haqlarının 50%-nin İcbari tibbi sığorta fonduna ödənilməsi dayandırılacaq.
Mumtv Metbuat.az -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dövlət başçısının imzaladığı digər qanuna əsasən isə sığortalı tərəfindən sığortaçıya icbari sığorta müqaviləsinə uyğun olaraq ödənilən sığorta haqqının 5%-nin icbari tibbi sığorta fonduna ödənilməsi dayandırılır.