Sosial

İşbaz sığortaçılar, əlacsız sürücülər – Zərərçəkən problemini kiminlə həll etsin?
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
Müəyyən ləngimələr olsa da Azərbaycan hazırda sığorta sisteminə adaptasiya dövrünü yaşayır. Bir çox sığorta şirkətləri isə hazırkı dövürdən istifadə edərək, xeyirdə qalmağı zərərçəkənlərin ehtiyacından üstün tutur, uyğunluq təşkil etməyən qaydalar, şərtlər irəli sürürlər. Son zamanlar sığortalı və sığortaçılar arasında forma 4 arayışının fonunda söz-söhbətlər səngimir. Sürücülərin təbirincə desək, ehtiyac olsa da, olmasa da sığorta şirkəti zərərçəkəndan forma 4 arayışını tələb edir. Elə bu problemlə bağlı İqtisadiyyat.az saytına şikayət ərizəsi yollayan Mahir Zeynalov da "Günay” sığorta ilə aylar əvvəl baş vermiş qəzanın çəkişməsini yaşayır.
"İki ay əvvəl Ağ şəhərdə maşınımı vurdular. Dövlət Yol Polisi də hadisə yerinə gəldi, baxış keçirildi və sənədləşdirildi. Təyin edildi ki, vuran maşının sığortası mənim maşınıma dəyən zərəri ödəməlidir. Sözsüz-söhbətsiz razılığa gəldik. Amma həmin maşının sığortası "Günay” sığorta hələ də ödənişdən boyun qaçırır. Mənə 100, 150 manat təklif edirlər, halbuki 350 manat dəyərində zərərim var. Məndən bu zərər üçün forma4 tələb edirlər”.
Sığorta eksperti İlkin İbrahimovun sözlərinə görə forma4-ün tələbi ilə bağlı şərtlər var. Bəzi sığorta şirkətləri hadisənin sadələşdirilmiş qaydada sənədləşməsini qəbul etmirlər, müvafiq şərtlər olsa da, yol polisindən forma 4 arayışını gətirməyi tələb edirlər. Hadisə zamanı zərərçəkmişə dəyən zərər 1000 manatı ötürsə, sürücülər arasında problem yaşanırsa forma4 şərtdir. Bu sənədin tələbi ilə bağlı icbari sığortalar haqqında qanunda konkret məqamlar qeyd olunub.
İşbaz sığortaçılar, əlacsız sürücülər – Zərərçəkən problemini kiminlə həll etsin?
"Ehtiyac olmadığı halda sığorta şirkətlərinin belə tələb səsləndirməsi əsassızdır. Bu hadisədə Bakı Dövlət Yol Polisinin protokolu kifayət edir. Son zamanlar bu mövzu ilə bağlı şikayətlər artıb. Bütün sığorta şirkətləri birmənalı olaraq forma4-ün doldurulmasını istəyir. Amma qanunvercilikdə tələb olunur ki, 1000 manatdan aşağı olan məbləğlər üçün bu arayışa ehtiyac yoxdur. Bu məsələlərin həlli birbaşa olaraq Maliyyə Bazarlarının Nəzarət palatasının üzərinə düşür. Palata bu məsələləri araşdırıb, öz hüquqi qiymətini verməlidir. Çox təəssüflər olsun ki, şikayətlər çoxdur, palata isə bu məsələnin üzərində ciddi dayanmır” deyə sığorta eksperti İlkin İbrahimov bildirib.
İşbaz sığortaçılar, əlacsız sürücülər – Zərərçəkən problemini kiminlə həll etsin?
Şikayətlə bağlı isə "Günay” sığortadan bildirildi ki, "İcbari Sığortalar haqqında” Qanunun tələbinə əsasən səlahiyyətli dövlət orqanına, yəni DYP-ə arayış alınması üçün dəfələrlə sorğu göndərilsə də heç bir cavab verilməyib. Qanunvericiliyin tələbini nəzərə alaraq hal-hazırda qeyd olunmuş iş üzrə sığorta ödənişinin verilməsi imkanlarımız xaricindədir. Bununla bağlı da tərəflərə də məlumat verilib.
Göründüyü kimi tərəflər məsələni bu şəkildə təqdim edərək, problemi bir-birlərinin üzərinə atırlar. Nəticədə hadisələr həlsiz qalmaqla yanaşı, günbəgün sayı artır. Ekspertin də dediyi kimi bunun başlıca səbəbi Maliyyə Bazarlarına Nəzarət palatasının məsuliyyətsizliyidir. Pafoslu çıxışlarla verilən vədlər havada qalır. Anomal hal isə xalq arasında məlum qurumlara olan etibarı sarsıdır. Görünən isə odur ki, avtomobillərin icbari sığortasını edən bu şirkətlərin prioriteti başqadır. Avtomobilin icbari sığortasının vaxtının bitməsinə iki, üç ay qalmış sığorta şirkətləri gecə-gündüz müştərilərini dəng edir, qəza olan zaman da sürücü iki, üç ay ödəniş üçün həmin şirkətin arxasınca sürünür. Bunun adı boşluqdur, işini bilməməkdir, qanunsuzluqdur və ya hər nədirsə, bu bizi yalnız inkişafdan saxlamır, həm də töhmət altında saxlayır. Yəqin ki, dalana dirənmiş bu sığorta problemlərinə tez zamanda hüquqi qiymət verilərək, həllinə nail olunacaq! /bakupost.az

Son xəbərlər

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bütün xəbərlər