Səhiyyə

Koronavirusu 12 dəqiqəyə göstərən testlər satışa çıxarılıb
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Böyük Britaniyada insanların koronavorusa (COVID-19) yoluxub-yoluxmadığını 12 dəqiqəyə müəyyən edən testlər satışa çıxarılıb.

 

Mumtv.az BBC-yə istinadla xəbər verir ki, virusla bağlı vəziyyəti burun nahiyəsindən yoxlayan çubuq formalı testlər 120 funt sterlinqə təklif olunur.

Onları 50-dən artıq məntəqədə əldə etmək mümkündür.

Testləri və onların işləməsi üçün lazım olan cihazları Avropa və ABŞ-dakı səlahiyyətli şəxslər təsdiq edib. Ümumilikdə 500-dən çox xəstə üzərində sınaq aparılıb və onların 97%-dən çoxunda koronavirus dəqiq şəkildə aşkar edilib.

Virusun aşkar edilməsi texnologiyasını Böyük Britaniyanın həyat araşdırmaları şirkəti "LumiraDx” inkişaf etdirib və təchizat məsələlərində ona Birləşmiş Krallığın Şotlandiya bölgəsindəki NHS şirkəti dəstək verib. Digər testlər COVID-19 antigen proteinini orta hesabla 90 dəqiqəyə təyin etdiyi zaman, bu testlər ondan bir neçə dəfə sürətli şəkildə həmin işi görür.

Yeni testlər əsasən uçuş öncəsi koronavorus yoxlamasından keçmək məcburiyyətində olan insanlar, özünün və yaxınlarının səhhətindəki durumdan dərhal əmin olmaq istəyən şəxslər üçün əlverişlidir. İstəkdən asılı olaraq satış məntəqələrinin sayının 200-ə çatdırıla biləcəyi deyilir.

Qeyd edək ki, Böyük Britaniyada insanların 15,1%-i koronavirus testinin nəticələrini 24 saat ərzində əldə edə bilir. Baxmayaraq ki, Böyük Britaniyanın baş naziri Boris Conson iyuldan bu nisbətin 100%-ə çatdırılacağını vəd etmişdi.

Tədqiqatlar göstərir ki, koronavirusa yoluxan şəxslərdə onun simptomları özünün orta hesabla 5 gündən sonra büruzə verir. Nadir hallarda xəstəlik özünü 3 gündən və 14 gündən çox müddətdə göstərir.


Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər