İranın Pishtazteb Şirkəti COVID-19 virusunun müəyyənləşdirilməsi üzrə 40 min ədəd seroloji testini Almaniyaya ixrac edib.

Bunu İranın Pishtazteb startap şirkətinin icra direktoru Yaşa Fərroxzad IRNA-ya açıqlamasında deyib.

Y.Fərroxzadın sözlərinə görə, bu testlər bu gün İmam Xomeyni aeroportu vasitəsi ilə Almaniyaya göndərilib.

Fərroxzad əlavə edib ki, bu şirkət gündəlik 1 milyon ədəd test istehsal edə bilər.

"Hazırda 20 ölkədə nümayəndəliyin olduğunu da nəzərə alaraq koronavirusla mübarizə ilə əlaqədar məhsulların satın alınması üçün 60-dan çox ölkədən müraciət var”, – deyə o qeyd edib.

 

Fərroxzad deyib ki, Almaniya, Türkiyə, Polşa, Latın Amerikasında bir neçə ölkə, MDB ölkələri bu testlər üçün müraciət ediblər.

Şirkət rəsmisi deyib ki, Almaniyadan sonra növbəti test yükü Türkiyəyə ixrac olunacaq.

"Digər ölkələrdən çoxlu miqdarda testin satın alınması üçün müqavilələr imzalanmaqdadır”, – deyə o qeyd edib.

Fərroxzadın sözlərinə görə, bu şirkət 22 ildir yaradılıb və 18 ildən çoxdur ki, tibb ləvazimatının ixracı sahəsində fəaliyyət göstərir. İndiyədək 25-dən çox ölkəyə məhsul ixrac olunub. /Trend.az/