İdman

Toğrul Əsgərov: "Yenidən olimpiya çempionu ola bilərəm"
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

"Namiq Abdullayevin baş məşqçi təyin edilməsi bizim üçün sevindirici hal oldu. O, əfsanəvi idmançılarımızdandır və içimizdən olan biridir. Məşqlərimiz yüksək səviyyədə davam edir. Namiq müəllim istər taktiki-texniki, istərsə də psixoloji cəhətdən hər gün komanda ilə maraqlanır".

Mumtv.az bildirir ki,bu fikirləri Sonxeber.az-a açıqlamasında Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov deyib.

 

28 yaşlı idmançı bildirib ki, Abdullayev komanda üzvlərinin adi problemləri ilə də maraqlanır: "Həmişə çalışır ki, idmançıların hər hansı çətinliyi olmasın. Kənardakı problemlərimizə də diqqət yetirir. İstəyir ki, bütün fikrimiz yalnız məşqdə olsun. Yaxşı nəticələr qazanmağımızı hədəfləyir".

Əsgərov koronavirus pandemiyası ilə əlaqədar zalda deyil, açıq havada məşq etməyin çətin olduğunu vurğulayıb: "Çətin olsa da, bunu edirik. Demək olar ki, dünyanın əksər ölkələrində eyni durumdur. Biz bir günümüzü belə boş buraxmırıq ki, formamızı itirməyək. Əlimizdən gələni edirik. İnanıram ki, xəstəlik də tezliklə bitər və zallarda məşqlərə başlayarıq".

Təcrübəli güləşçi qarşıdakı yarışlarda və olimpiadada yaxşı nəticələr qazana biləcəyini söyləyib: "İstəyim və məqsədim odur ki, sözlərlə vəd verməyim, hər şeyi əməlimlə göstərim. Hazırda bunun üçün çalışıram və nə lazımdırsa, edəcəyəm. İstədiklərimə yenidən nail olacağam".

Əsgərov "İkinci dəfə olimpiya çempionu olmaq mümkündürmü" sualına belə cavab verib: "Çox çalışsam, hər şeyə nail ola bilərəm. Hətta çempionluq da realdır. Sadəcə, çalışmaq lazımdır. Açıq havada olsa da, məşqlər normaldır. Bütün dünyada güləş yarışları keçirilmir. Yarış forması isə tamam başqadır. Normal məşrlərə keçəndən sonra hər şey düzələcək".

Qeyd edək ki, Toğrul Əsgərov 2012-ci ildə London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, "Rio-2016"da isə gümüş medal əldə edib. 2012-ci ildə Serbiyanın paytaxtı Belqradda Avropa çempionu olan idmançı 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının da qalibidir.


Son xəbərlər

Yararsız əti Azərbaycana kimlər gətirir və harada satır? - MÖHTƏKİR MARAĞI...

"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub

Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

Dövlət büdcəsindən talanan milyonlara Vüqar Əhmədovla Kamil Hüseynovdan başqa daha kimlər şərikdir

Azərbaycanda aylıq minimum əməkhaqqı ilə bağlı yenilik ola bilər

BDU 136 boş vəzifəni müsabiqəyə çıxardı

Azərbaycanda yeni növ radarlar — Qayda pozduğunuzu dərhal biləcəksiniz

Nazir Baş İdarənin rəisini işdən çıxardı

Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA

Mamayı məscidinin açılışı oldu

"Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib" - Mirzoyan

Qarabağa girişi məhdudlaşdırılıb? - DİN-dən açıqlama

Pensiya və maaşlarda artım olacaq? - AÇIQLAMA

Prezident və xanımı Üzeyir Hacıbəylinin ev-muzeyində

Prezident və xanımı Şuşada

YAP parlament seçkilərinə hazırlaşır

Gələn ay Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

Ərdoğan Amerikaya gedəcək

"Qəbzlərin ölüm təhlükəsi var" - XƏBƏRDARLIQ

Şənbə günü 25° isti olacaq

Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək

"Bravo"dan yemək aldı, içindən dırnaq çıxdı - ŞOK görüntülər !

Bakının bu ərazisində evlər plana düşdü: Kompensasiya nə qədər olacaq?

Azərbaycanlı İŞİD-çi qohumlara hökm oxundu - Ağır cəza

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad - VİDEO

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Maqnit qasırğası gözlənilir

Komitə sədrindən boşanmalar və erkən nikahlarla bağlı AÇIQLAMA

DİN-in rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət etdi

İrəvan günə etirazlarla başladı - VİDEO

İlham Əliyev və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR

Bütün xəbərlər