İdman

Emin Mahmudov: "Ronaldu həmin qolu görsəydi, arxamca təyyarə göndərərdi"
 



"Rusiyada ən sevimli klubum "Saturn"dur. İkincisi, oynamasam belə, "Spartak"dır. Üçüncü yerdə isə "Krılya Sovetov" gəlir".

Mumtv.az  "Report"a istinadən bildirir ki,  bu fikirləri "Neftçi"nin kapitanı Emin Mahmudov "İbrakadabra" "YouTube" kanalına müsahibəsində deyib.

28 yaşlı futbolçu bildirib ki, Samara təmsilçisində yaxşı atmosfer olsa da, oyun sarıdan bəxti gətirməyib: "Tez-tez zədələnirdim. 2 dəfə omba nahiyyəsindəki zədəyə görə, daha sonra isə ayağım sındığı üçün uzun müddət oynaya bilmədim. Orada keçirdiyim 2,5 ilin 1,5 ilini müalicə olundum. Sıralamada 4-cü yer "Mordoviya", 5-ci isə "Tom"dur".

Mahmudovun sözlərinə görə, "Mordoviya"da çıxış edərkən ona "Yandex" (axtarış sistemi) ləqəbi veriblər: "İstənilən futbolçunun harada, hansı klubda oynadığını bilirdim. Buna görə mənə "Yandex" ləqəbi qoymuşdular".

Təcrübəli oyunçu "Spartak"da artıq çəkiyə görə cərimələnməmək üçün maraqlı üsula əl atdığını söyləyib: "Demək olar ki, şam yeməklərini buraxırdım. Həmin vaxt 15-16 yaşım var idi. Çəkim artmasın deyə şam etmirdim".

Mahmudov "Spartak"da çıxış edərkən 2012-ci il noyabrın 20-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin "Barselona" ilə Moskvada keçirilmiş oyunun (0:3) fasiləsində İspaniya klubunun kapitanı Xavi Ernandesin onun cərimə zərbəsindən vurduğu qola reaksiyasını xatırlayıb: "Bu, doğrudur. Mənim zərbəmdən sonra Xavi şoka düşmüşdü. Açığı, elə özüm də şokda idim. Kriştianu Ronaldu həmin zərbəni görsəydi, bəlkə mənim üçün təyyarə göndərərdi ki, standart vəziyyətdən necə qol vurmaq lazım olduğunu ona da öyrədim. Çılğın qol idi. Xavinin mənə baxdığını görəndə növbəti dəfə şoka düşdüm. Mənə əli ilə "əla" işarəsi göstərmişdi. Tarixi hadisə idi".

Millimizin üzvü forma dəyişdirmək istədiyi futbolçuların adlarını açıqlayıb: "Uşaq vaxtı top daşıyarkən futbolçularla şəkil çəkdirirdim. "Barselona"dan Aleks Sonqla formamı dəyişdirmək istəyirdim. Daha sonra o, "Rubin"ə keçdi. Dəyişsəydim, gərək, sonra həmin formanı atardım (gülür). Həmçinin Fabreqasla formamı dəyişdirmək istərdim. Amma alınmadı".

Son xəbərlər

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

Bütün xəbərlər