Hadisə
Hadisə
“Lukoil” şirkətinin vitse-prezidenti koronavirusa yoluxdu
"Lukoil” şirkətinin vitse-prezidenti, Moskvanın "Spartak” futbol klubunun sahibi Leonid Fedun koronavirusa yoluxub. Mumtv.az"Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 64 yaşlı biznesmen xəstəxanaya yerləşdirilib, müalicə alır.
Qeyd edək ki, L. Fedun "Spartak”ın 32,7% -lik payına sahibdir və klub prezidentidir. 1994-cü ildən etibarən "Lukoil” şirkətinin vitse-prezidenti vəzifəsini icra edir.
O, "Lukoil”in prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərovdan sonra şirkətin ikinci ən böyük səhmdarıdır. Belə ki, neft şirkətinin təxminən 10%-nə sahibdir.
"Forbes” jurnalı Fedunun sərvətini 6,3 milyard dollar dəyərində qiymətləndirir.