Gündəm

  "Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane klubun rəsmi saytına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışını dəyərləndirən 22 yaşlı qvineyalı futbolçu onun üçün "Neftçi”də ən yaddaqalan hadisə ilə bağlı da danışıb.

- Bu artıq sizin "Neftçi”nin heyətində qatıldığınız üçüncü təlim-məşq toplanışıdır. Təəssüratlarınız necədir?
- Bundan əvvəlki toplanışların ikisi də fərqli olub. Hər iki hazırlıq prosesi yaxşı təşkil olunmuşdu. Hazırkı təlim-məşq toplanışımız da çox yaxşı davam edir. Toplanışdan-toplanışa daha da inkişaf etdiyimi hiss edirəm.

 

- Artıq bir ildən çoxdur "Neftçi”dəsiz. Sizin üçün burada ən yaddaqalan hadisə hansı olub?
- Mənim üçün "Neftçi”də bu günədək ən yaddaqalan hadisə Tula "Arsenal”ı ilə Avroliqa oyunlarıdır. Hər iki matçı yüksək səviyyədə keçirdik. Çox güclü rəqibə qarşı gözəl oyun nümayiş etdirərək qalib gəldik. Bu, mənim karyeramda ən yaddaqalan hadisə olub. Çünki özümü yaxşı tərəfdən göstərib, komandaya faydalı oldum ki, nəticədə növbəti mərhələyə adladıq. Bundan əlavə, "Qarabağ”la qolsuz heç-heçə ilə nəticələnmiş matçı da yaddaqalan hesab edirəm. Çox yaxşı oynamışdıq. Qalib gəlməsək də, qələbəyə layiq idik.

- Adətən, deyirlər ki, toplanış çərçivəsində keçirilən sınaq matçlarındakı nəticələr vacib deyil. Bəs siz necə düşünürsüz?
- Hazırda komanda şəklində toplanışdakı ilk yoxlama oyununa hazırlaşırıq. Çox şadam ki, bu hazırlıq yüksək əhval-ruhiyyədə keçir. Həm komanda yoldaşlarım, həm məşqçi heyəti, həm də klubda çalışanlar işlərinə çox yaxşı kökləniblər. Bu da məni çox sevindirir. Sınaq matçlarının hər biri bizim üçün çox vacibdir. Çünki belə oyunlarda səhvlərimiz üzə çıxır və onların üzərində işləyirik. Yoxlama görüşləri komanda halında inkişafımıza da fayda verir.

- "Neftçi”yə gəldiyin ilk gündən azarkeşlər sənin komandadakı vəziyyətinlə maraqlanıblar. Onlara sözün varmı? Ümumiyyətlə, komandanın əsas üzvlərindən birinə çevriləcəyini təsəvvür edirdin?
- "Neftçi” öz oyunumu Avropada göstərmək üçün mənə şərait yaratdı. Mənə inandıqları üçün əvvəlcə klub rəhbərliyinə, məşqçi heyətinə və komanda yoldaşlarıma təşəkkür edirəm. Çünki bunadək vətənimdən başqa ölkədə futbol oynamamışdım. Buna ilk dəfə "Neftçi” ilə nail oldum. Azarkeşlərə də xüsusi minnətdarlığımı bildirirəm. Onların dəstəyini daim hiss etmişəm. Fanatlarımız hər oyunda həm komandanı, həm də məni dəstəkləyiblər. Bu məni həm çox sevindirir, həm də daha yaxşı oynamaq üçün ürəkləndirir. "Neftçi”nin layiq olduğu yerə yüksəlməsi üçün canımı belə qoymağa hazıram. Azarkeşlərimizin də dəstəyi ilə buna nail olmağa çalışacağıq.

Son xəbərlər

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bütün xəbərlər