Hadisə
Hadisə
Bakıda tədris mərkəzindən 7 min manat pul oğurlanıb
Bakıda tədris mərkəzindən oğurluq edilib.
Mumtv.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata əsasən bildirir ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş A. Həsənovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun oktyabrın 23-nə keçən gecə rayon ərazində yerləşən tədris mərkəzlərinin birindən 7 043 manat pul oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.