Hadisə
Hadisə
Rayonda soyğunçuluq edən tutuldu
Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir vətəndaşa qarşı soyğunçuluq edərək, onun mobil telefonunu açıq talama yolu ilə ələ keçirən Xaçmaz rayon sakini Ədalət Novruzov saxlanılıb.
Mumtv.az DİN mətbuat xidmətinin Quba Regional qrupundan Lent.az -a verilən məlumata əsasən bildirir ki, dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Ə.Novruzovun soyğunçuluq yolu ilə əldə etdiyi bir ədəd mobil telefon maddi sübut kimi götürülüb.
Faktla əlaqədar həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun başqa cinayət hadisələrində iştirak edib- etməməsi araşdırılır.