Gündəm

MUMtv.az: -  Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Gebreyesus koronavirus infeksiyasının yayılması səbəbindən bəşəriyyətin real təhlükədə olduğunu bildirib. "İndiyə qədər peyvəndlərin inkişafı sayəsində böyük irəliləyiş əldə etdik. Ancaq indi dünya real təhlükə altındadır. Əvvəlki uğurlarımızın bir çoxu yeni növ viruslarla məhv edilir”, – deyə Gebreyesus çıxışında vurğulayıb.

Bu çıxış birjalara təsir göstərib, o cümlədən neftin qiymətinin 5 dollara yaxın azalmasına səbəb olub. Düzdür, Çində iqtisadi yavaşlama, ABŞ-da ehtiyatların və buruqların artmasının da bazara təsiri var. Nəticədə "Brent” markalı neft həftəni 70,50 dollardan tamamlayıb. Bir həftə əvvəl isə dinamika 75 dollardan yuxarını göstərirdi.

Azərbaycanda neft hasilatının azaldığı dövrdə neftin hətta 1 dollar ucuzlaşması belə ölkənin gəlirlərinə neqativ təsir göstərir. Neft Araşdırmaları Mərkəzinin məlumatına görə, 2021-ci ilin I yarısında "Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə 84.7 milyon barel və ya 11.4 milyon ton neft hasil edilib. Bu hasilat 266 milyon dollar əməliyyat və 846 milyon dollar kapital xərci hesabına başa gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə AÇG-də hasilat 900 min ton azalıb.

Neft Araşdırmaları Mərkəzin rəhbəri İlham Şaban "Press Klub”a bildirdi ki, neftin qiymətinin yüksək olması hasilatın azalmasını kompensasiya edir:

"Qazancımız hələlik 2020-ci ildən yüksək olsa da, 2019-cu ilin mənfəətindən 40%-dən çox aşağıdır. Ötən il AÇG-dən 3,5 milyard dollardan bir qədər çox mənfəət əldə etmişdik, bu il hasilatın xeyli azalmasına baxmayaraq, mənfəət 4 milyard dollardan çox olmalıdır”.

Ekspert neft gəlirlərinin azalmasından narahat olmağı doğru saymır və qaz gəlirlərinin artdığını vurğulayır: "Ötən il 26,05 milyard kubmetr əmtəəlik qaz hasilatı olmuşdu, əgər ilin birinci yarısındakı tempi saxlaya bilsək, bu il 30 milyard kubmetrədək satılıq qazımız olacaq".

Amma Dövlət Neft Fonduna qaz və kondensat satışından daxil olan vəsaitlərin həcmi nikbinliyə çox da əsas vermir. Belə ki, "Şahdəniz” yatağı üzrə bu ilin birinci yarısında kondensat satışından cəmi 62.176 milyon dollar daxil olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə gəlir təxminən yarıbayarı azalıb. Qeyd edək ki, ötən ilin ilk 6 ayında Neft Fonduna daxil olan vəsaitin həcmi 120 milyon dollar təşkil edib.

"Şahdəniz” yatağından daxil olan gəlirlər də qaz satışının həcmi ilə müqayisədə cüzidir. Belə ki, bu ilin birinci yarısında bu yataqdan hasil olunan əmtəəlik qazdan Fonda 57.131 milyon dollar vəsait daxil olub. Bu rəqəm də 2020-ci ilin müvafiq dövrü ilə müqayisdə 9 milyon dollar azdır. Qeyd edək ki, ötən ilin müvafiq dövründə gəlir 66 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 2 ayında Azərbaycanın ixrac etdiyi təbii qazın 99.6 faizi sadəcə, iki ölkəyə – Türkiyə (62 faiz) və Gürcüstana (37 faiz) satılıb. Türkiyəyə satılan 2 milyard 62 milyon kubmetr təbii qaz üçün toplam 180 milyon dollar, yəni təbii qazın hər min kubmetrinə 87 dollar ödənilib.

Gürcüstana isə 1 milyard 244 milyon kubmetr təbii qaz satılıb və buna görə Azərbaycana 175.5 milyon dollar ödənilib. Bu isə o deməkdir ki, Gürcüstana satılan təbii qazın hər min kubmetrinin dəyəri 141 dollar olub.

Burada diqqət çəkən məqam ondan ibarətdir ki, təbii qaz ixracı eyni dövrdə gerçəkləşdirilsə də, Gürcüstana satılan qazın dəyəri Türkiyə ilə müqayisədə 62 faiz baha olub. Onu da qeyd etmək lazımdır ki, hər iki ölkə – həm Türkiyə, həm də Gürcüstan Azərbaycan qazını eyni boru kəmərləri ilə (Cənubi Qafqaz Boru Kəməri və TANAP-la) idxal edir.

Maraqlıdır, Azərbaycan təkcə iki ay ərzində qaz satışından 355 milyon dollar vəsait əldə edib. Amma ilin 6 ayının göstəricilərinə görə Dövlət Neft Fonduna toplam 127 milyon dollar daxil olub. Bəs, gəlirin yerdə qalan hissəsi harada saxlanılır, necə istifadə olunur?

İlham Şaban bildirir ki, Neft Fondunun "Şahdəniz” layihəsi üzrə açıqladığı gəlirlər bu quruma verilən məbləğdir, amma Azərbaycanın əldə etdiyi mənfəətin tam həcmi deyil:

"Buna görə günah Neft Fondunda deyil. Hökumət nədənsə, belə məsləhət bilib. Azərbaycanın qaz gəlirləri qat-qat çoxdur, sadəcə, hökumət daxili bazar üçün aldığı qazın dəyərini o puldan tam ödəyir, SOCAR-ın payının maliyyələşməsi də ordan verilir”.

Ekspertin sözlərinə görə, "Şahdəniz” layihəsi üzrə dövlət büdcəsinə və DSMF-ə ödənilən vergilər də ictimaiyyətdən gizli saxlanılır. İ. Şaban deyir ki, ölkə il ərzində qaz satışından 600-700 milyon dollar gəlir əldə edir.

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər