Gündəm
Gündəm / Cəmiyyət / Sosial
Xətai rayonunda yaşıllıq ərazi hasarlandı, bina tikilir, sakinlər isə etiraz edir - VİDEO
MUMtv.az: - Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93/99 ünvanında – "Kvadratlar” adlanan ərazidə yaşıllıq sahəsi hasarlanıb.
Sakinlərin Pravda.az-a verdiyi məlumata görə, ərazidə çoxmənzilli yaşayış binasının tikintisi nəzərdə tutulub.
Bildirilib ki, tikintini həyata keçirən şirkət "Qismət” MTK-dır.
Sakinlər yaşıllıq ərazidə tikintinin aparılmasına etiraz edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər aidiyyatı dövlət qurumlarına müraciət ünvanlanıb.