Gündəm

Sahibkarla dövlət qurumunun çəkişməsi: Hazırlanan Baş plan yeni tikintiyə maneə ola bilərmi?

MuUMv.az: - Sahibkar Anar Hüseynov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarından narazıdır. 

Vətəndaş Oxu.Az-a şikayətində bildirib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10 L ünvanında səkkiz sot torpaq sahəsi var, amma orada tikinti işi apara bilmir:

"Mənə məxsus ərazidə anbar tikmək istəyirəm. Bunun üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində olan Bakı Dövlət Layihə İnstitutunda layihə çəkdirdim və onu komitənin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə göndərdim. Orada layihəmə baxılıb və bildirilib ki, düz çəkilməyib. Guya istinad planı topoqrafik əsas üzərində işlənməyib, mövcud kommunikasiyalar və mühafizə zonalarında xətlər göstərilməyib. Mən layihəni yenidən hazırladım və yenidən komitəyə göndərdim”.

Sahibkar iddia edir ki, birinci layihə çəkilən zaman nümayəndəsi Kənan Fərəcov Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsini iсra edən Ramin Abdullayev ilə görüşüb:

"Həmin vaxt nümayəndəndən 20 min pul istənilib. Bildirilib ki, 20 min verək və layihəyə uyğun anbar tikək, amma biz də razılaşmadıq”.

A.Hüseynov iddia edir ki, vəsaiti ödəmədiyi üçün onlara tikinti üçün əngəl törədən cavab məktubları gəlib:

"Mən vəsaitlə razılaşmadıqda isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən cavab gəldi ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10 L ünvanında paytaxtda tətbiq olunmuş ərazi planlaşdırma sənədlərindən, o cümlədən, Bakı şəhərinin Baş plan layihəsinə əsasən mərhələli şəkildə yol nəqliyyat infrastrukturunun yenidən qurulması və memarlıq həlli baxımından iri miqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulub ki, təklif olunan ərazinin planlaşdırılması sənədin tətbiqini məqsədə uyğun hesab etmirik. Mən də yenidən məktub yazıb xahiş etdim ki, Bakı şəhər Baş planın Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş bir nüsxəsi göndərilsin.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Ramin Abdullayev tərəfindən məktub göndərildi. Sənəddə bildirilib ki, Bakı şəhərinin Baş planın hazırlanması prosesinə başlanılıb və planın hazırlanmasının iki mərhələdə təşkil edilməsi nəzərdə tutulub. Sonuncu mərhələdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin baş planının təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Məmurlar mövcud olmayan Baş planı səbəb gətirərək mənə rəd cavabı verirlər. Bu, qanunsuzluqdur. Mən istəyirəm ki, onların qanunsuz hərəkətlərinə qiymət verilsin”.

Məsələ barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq.

Komitədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10L ünvanında anbar binasının tikintisi ilə bağlı vətəndaş Anar Hüseynovun müraciətlərinə bir neçə dəfə cavab verilib:

"Bildirilib ki, qeyd edilən ərazidə anbar binasının inşası ərazi-planlaşdırma sənədlərinə, habelə Bakı şəhərinin hazırda işlənilməkdə olan yeni Baş planına əsasən məqsədəuyğun hesab edilmir. Yaxın gələcəkdə həmin ünvanda yol-nəqliyyat infrastrukturunun mərhələli şəkildə yenidən qurulması və memarlıq baxımından iri miqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.

"Qeyd edək ki, sifarişçinin ondan hər hansı ödənişin istənilməsi ilə bağlı iddiası əsassız və qanunaziddir. Belə ki, Komitənin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma mərkəzi tərəfindən göstərilən xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri Nazirlər Kabinetinin 10.01.2020-ci il tarixli 3 nömrəli Qərarına əsasən müəyyən olunur və yalnız bu sənəd əsasında sifarişçilər tərəfindən müvafiq ödənişlər edilir”, - deyə komitədən əlavə edilib.

 


Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər