Sərnişin təyyarəsi yoxa çıxdı: İçərisində uşaqlar da var
Tomsk vilayətinin Baçkar rayonuda An-28 sərnişin təyyarəsi radarlardan yoxa çıxıb.
Mumtv.az Lent.az-a istinadla bildirir ki, ilkin məlumata görə, təyyarənin göyərtəsində 17 nəfər var.
Təyyarənin axtarışına başlanılıb. Sərnişinlər arasında 4 uşağın da olduğu bildirilir.