Gündəm
Gündəm / Şou / Dünya
Rusiyada deputatın meyiti tapıldı
Beslanda martın 22-də yoxa çıxan yerli şəhər Dumasının deputatı Tamerlan Torçinovun meyiti tapılıb.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, 64 yaşlı deputat martın 22-də gəzinti üçün ippodroma gedib və qayıtmayıb. Torçinovun ippodroma girişdəki maşınında qan izləri aşkarlanıb. Polislər tezliklə deputatın meyitini də tapıblar.
Faktla bağlı cinayət işi açılıb. Şübhəlilər saxlanılıblar və ifadə verirlər.