Hadisə
Hadisə
Bakıda daha bir kişi maşını ilə yoxa çıxdı
Bakıda 29 yaşlı kişi maşını ilə birgə itkin düşüb.
MUMTV.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
1990-cı il təvəllüdlü Abbasov Rövşən Ramazan oğlu oktyabrın 17-də idarə etdiyi "KİA” markalı, 85 DN 564 dövlət nömrə nişanlı avtomobili ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bununla bağlı onun atası polisə müraciət edib.
Fakt araşdırılır.