Gündəm

Boşanmaq istəyənlər birbaşa məhkəməyə müraciət etməyəcəklər - AÇIQLAMA

 

 
Mumtv.az: - Ötən gün Milli Məclisin iclasında nikah müqaviləsi və onun məzmununa dəyişiklik edilib. Dəyişikliyə əsasən, artıq boşanmaq istəyənlər birbaşa məhkəməyə müraciət etməyəcəklər. İclasda üçüncü oxunuşda müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilib. Layihəyə əsasən, bundan sonra ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Beləliklə, ailə münasibətlərindən irəli gələn münasibətlərlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimlənir. Həmçinin mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın fəaliyyət sahəsinə daxil ediləcək. Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova yeni qanun layihəsindən danışıb. O qeyd edib ki, ailə münasibətlərindən irəli gələn münasibətlərlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasının aparılması çox təqdirəlayiq haldır:

"Fikrimcə, yaxşı olardı ki, gənclərlə ilk olaraq evlilikdən öncə söhbətlər aparılsın. Düzdür, bizim təşkilat daim ailə quracaq gənclərlə söhbətlər aparır. Lakin onlarla nə qədər söhbət eləsək də, bunun bir o qədər də effekti olmur. Çünki onlar artıq başlarına evlənməyi məqsəd qoyublar. Burada bizim əsas məqsədimiz nədir? Biz çalışırıq ki, söhbətlər aparaq ki, ailələr maddiyyat üzərində qurulmasın. Əsas məqsədimiz odur ki, gənclər daha yaxından biri-birlərini tanısınlar, həmçinin valideyn basqısı olmadan ailə həyatı qursunlar. Yəni gələcəkdə ailələri dayanıqlı olsun. Təbii ki, bununla bağlı bizim qurum tərəfindən dəfələrlə maarifləndirmə işləri aparılır və bir sıra layihələr həyata keçirilir. Amma çox təəssüf ki, yenə də boşanmalar müşahidə olunur".
G.Səfərova diqqətə çatdırıb ki, məhkəmələrdə psixoloji mərkəzlərin yaradılması daha məqsədəuyğundur: "Qeyd edim ki, məhkəmələrə boşanmağa gedən şəxslərə üç ay vaxt verilir. Lakin bu müddət ərzində gənclərlə heç bir söhbət aparılmır. Çox istərdim ki, məhkəmələrin özündə psixoloq ayrılsın, yaxud da ki, onlar qeyri-hökumət təşkilatlarıyla əməkdaşlıq etsinlər. Düşünürəm ki, bu işin o zaman böyük effekti olar. Nə üçün? Çünki üç ay müddətində ola bilər ki, kimsə özbaşına gedib boşanmaya ərizə verib. Müəyyən bir müddət keçəndən sonra həmin şəxslərlə söhbət aparılmır. Bunun nəticəsində sonda onlar biri-birlərinə güzəştə getmir. Bir-birindən addım atmağı gözləyirlər, amma bu addım da atılmır. Heç biri addım atmadığı üçün qürurlarına yenilmirlər və boşanırlar. Bəlkə də onlarla söhbət aparılmış olsa və yaxud da psixoloji yardım göstərilmiş olsaydı, onun çox böyük effekti olmuş olardı və boşanmanın qarşısı alınardı. Ona görə də bu yeni qanunu alqışlayıram. Hesab edirəm ki, insanlar məhkəməyə ərizə verməmişdən öncə onlarla müəyyən danışıqlar aparılmalıdır. Təbii ki, bununla da gələcəkdə boşanmaların qarşısı alınar".//dia.az

Son xəbərlər

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Bu günə olan valyuta məzənnələri

Sülhməramlılar Xocalıdan belə yola salındı - VİDEO

Hərbçimiz vəfat etdi

Putin və Si Cinpinin məhdud tərkibdə görüşü keçirilir

Sərhədçilərin Ermənistan və Azərbaycan sərhədinə yerləşdiriləcəkləri vaxt bəlli oldu

Bütün xəbərlər