Gündəm

Hacı Şahindən Həccə gedə bilməyənlərə AĞILLI MƏSLƏHƏT
Bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da hər il Qurban bayramı böyük sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir. Qurban bayramında Allah yolunda qurbanlar kəsilir, dualar edilir.

Artıq iki ildir ki, Qurban bayramı dünyada davam edən pandemiya şəraitində qarşılayırıq. Müqəddəs bayram pandemiyaya təsadüf etdiyindən onun bütün ənənələrini yerinə yetirməkdə müəyyən çətinliklər yaranır. Bu bayramda hər il müsəlmanlar Həcc ziyarəti mərasimində iştirak edirlər.

Maraqlıdır bəs, bu il Qurban bayramında insanlar Həcc ziyarətinin əvəzinə hansı savab işlər görə bilər?

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlinin sözlərinə görə, Həcc ziyarəti təxirə salındığı üçün, bu bayram insanlar həmin vəsaiti ehtiyacı olan ailələrə verilməsi dini tərəfdən bəyəniləndir:

"Artıq ikinci ildir ki, həcc ziyarəti təxirə salınır. Bu il də Həcc ziyarətini yalnız Səudiyyə Ərəbistanın məhdud sayda vətəndaşları edəcəklər.

Həcc ziyarətinə getmək arzusunda olub, lakin gedə bilməyən insanlar həmin vəsaiti digər faydalı işlərə sərf edə bilərlər. Əlbəttə bəzi zəvvarlarımız var ki, artıq ikinci, üçüncü dəfə həcc ziyarətinə getmək niyyətində idilər.

Həmin vəsaiti istənilən xeyiriyyə işlərinə xərcləmək olar. Ehtiyacı olan insanlara, təhsil haqqını ödəyə bilməyən tələbələrə, şəhid və qazi ailəsinə həmin vəsaiti istiqamətləndirmək olar. Çünki Həcc ziyarəti bizə həmrəyliliyi, insanlarla paylaşmağı aşılayır”.

QMİ-nin nümayəndəsi həmçinin Qurban bayramı günü məscidlərdə qılınacaq bayram namazına da aydınlıq gətirib.

Hacı Şahin bildirib ki, o, hər şeyin yoluxma dinamikasından asılı olduğunu bildirib:

"Bəli, karantin qaydalarına uyğun olaraq məhdud sayda insanlara məscidlərdə namaz qılmağa icazə verilir. Qurban bayramına qədər hansısa dəyişiklik olmasa, hazırda olan qaydalar çərçivəsində bayram namazı qılınacaq.

Əlbəttə, bununla bağlı nəsə demək çox çətindir. Bayrama yaxın Qafqaz Müsəlmanlar İdarəsi bununla bağlı öz mövqelərini mətbuata çatdıracaq. Hazırda dəqiq bir söz demək çətindir. Çünki hər şey yoluxma dinamikindən asılıdır. Ölkədə hazırda məsələ ilə bağlı vəziyyət qənaetbəxşdir. Amma hər gün müəyyən dəyişiklik ola bilər”. //modern.az//

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər