Gündəm

Qafqaz Müsəlmanları İdarəsində seçkilər KEÇİRİLƏCƏK?
Şeyxülislam Hacı Allahşükür Paşazadə dindarların 29 iyul 2003-cü il tarixdə Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə Qafqaz Müsəlmanları İdarəsinin ömürlük sədri - Şeyxülislam seçilib.

Uzun zamandır ki, sosial şəbəkələrdə Hacı Allahşükür Paşazadədən sonra Qafqaz Müsəlmənları İdarəsinə kimin rəhbər seçiləcəyi müzakirə olunur. Müxtəlif fərziyyələr ortaya atılsa da, konkret fikir yoxdur.

Dini ekspert Kənan Rövşənoğlu Modern.az-a bildirir ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda müsəlman dini qurumlarının ümumi rəhbərliyi və ya başqa sözlə koordinasiyasını həyata keçirən qeyri-dövlət qurumudur:

"İlk olaraq 1832-ci ildə yaradılıb. 1872-ci ildən etibarən isə hazırkı strukturuna yaxın təşkilatlanmış quruma çevrilib. Sovet dövründə ləğv olunsa da, 1944-cü ildə yenidən fəaliyyətini bərpa edib.

Hazırda QMİ də qeyri-dövlət dini icmaları kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınıb.

Lakin dövlət tərəfindən bir mənada müsəlman icmalarının dini fəaliyyətinə rəhbərlik edir. İdarəyə Şeyxülislam sədrlik edir. Onun birinci müavini isə Müftidir.

Hazırkı Şeyxülislam Hacı Allahşükür Paşazadə 1980-ci ildən bu postdadır. 2003-cü ilə qədər qurultayda Şeyxülislam vəzifəsinə seçkilər keçirilsə də, həmin il keçirilən qurultayda hazırkı Şeyxülislam ömürlük sədr seçilib.

QMİ-nin ali orqanı qurultaydır. Sonuncu qurultay 2009-cü ildə keçirilib. Ancaq sədr ömürlük seçildiyi üçün sonuncu qurultayda sədr seçkisi məsələsi gündəmə gəlməyib.

QMİ-nin sədri ümumi olaraq təşkilata rəhbərlik edir. Bundan başqa qurumun Elmi-Dini Şurası və Qazılar Şurası fəaliyyət göstərir. Hər bölgə üzrə qazılar var ki, onlar da həmin ərazidə QMİ-nin nümayəndəsi hesab olunur. Bundan başqa səlahiyyətli nümayəndələr də var. Onlar da QMİ sədrinin təmsilçiləridir. Dediyim kimi, sədr seçkiləri hazırda gündəmdə deyil, çünki hazırkı 12-ci Şeyxülislam Allahşükür Paşazadə bu posta ömürlük seçilib. Təşkilatın Nizamnaməsinə əsasən yeni sədri də qurultay seçir”.

Son xəbərlər

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Bütün xəbərlər