Gündəm
Gündəm / Hadisə
Bakı metrosunda problem: Sərnişinlər boşaldıldı
Mumtv.az: - "Bakı Metropoliteni”nin "Ulduz” stansiyasında qatarda texniki problem yaranıb.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, "Dərnəgül-Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın "Ulduz” stansiyasında vaqonlarından birinin qapısında problem yaranıb:
"Problem səbəbindən sərnişinlər vaqonlardan boşaldılıb. Qatar dərhal depoya yola salınıb. Təlimat tələbinə uyğun olaraq həmin qatarın əvəzinə xəttə yeni qatar buraxılıb”.//oxu.az