Gündəm
Gündəm
Bakı metrosunda qatarların hərəkətində problem yarandı
Bu gün səhər saat 07 radələrində Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında qatarların birində texniki nasazlıq yaranıb
Mumtv Virtualaz.org-a istinadən bildirir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov əlavə edib ki, həmin qatar depoya sərnişinsiz göndərilib: "Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Nəticədə qırmızı xətt üzrə, yəni "İçərişəhər" metrostansiyası istiqamətində hərəkət edən qatarlarda 8 dəqiqəlik yubanma yaranıb. Yubanma interval olaraq 2 qatar arasında