Gündəm

Həsən Həsənov və Nurlana Əliyevanın fərqi

 

 

Mumtv.az: - Başlanğıcdaca müqayisəmə görə hər kəsdən üzr istəyirəm. Çünki müqayisənin özü də "əndazədə” olmalıdır, məşhur yunan filosofu demişkən, fillə qarışqanı müqayisə etməzlər.

Ancaq olay eyni gündə baş verdiyi üçün bu müqayisəni aparmaq məcburiyyətində qaldım.

Həsən Həsənov – dövlət xadimi, tarix elmləri doktoru redaksiyaya zəng edir və başlayır sayt haqda danışmağa: düşmənimizin nələrdən istifadə edə biləcəyi haqda fikirlərini deyir, ermənilərin necə məkrli olduğu barədə təcrübəsini bölüşür, tövsiyələrini verir, araşdırmalarının linkini bir-bir atır, hansı məqamlara xüsusi diqqət yetirməyimizin vacibliyini izah edir...

Diqqətlə dinləyirik və məlum olur ki, Həsən Həsənov bu yaşda belə bütün medianı diqqətlə izləyir və nəinki izləyir, hətta hansı media qurumunun hansı miqyasda olduğunu gözəl bilir, dövlətçilik tariximiz, etnik kimliyimizlə bağlı tariximizə tamamilə fərqli, yeni baxış üçün araşdırmalar aparır və bu araşdırmalar millidir, stratejidir, həm də tarixidir, tarixi yerimizin dəqiq qiymətləndirilməsidir.

Adamın 80 yaşı var, Azərbaycan üçün gücü çatdığını edib və təkcə Heydər Əliyevin ən etibarlı, güvənilir kadrlarından olmayıb, həm də ideyasının daşıyıcısıdır. Verdiyi məsləhətlərlə özünün çox-çox savadlı, təcrübəli görüntüsünü yaratmağa qətiyyən cəhd etmir, əksinə, bir sevgi nümayiş etdirir, böyük mənada siyasi-ideoloji-elmi-tarixi yükün və informasiya savaşının altına bu yaşda belə çiynini verir, arxa-dayaq olduğunu göstərir.

Qürur duyuruq, şükür edirik ki, belə böyüklərimiz, ağsaqqallarımız var, bu yaşda belə nəzərləri üstümüzdədir, gücləri çatdıqca dəstək olmağa, yardım etməyə çalışır, öyüd-nəsihətlərini əskik etmirlər.

Eyni gündə BSU-nun sabiq rektoru Nurlana Əliyevanın açıqlaması yayılır, BSU-dan yazanlara qarşı "hücuma” keçir və hansı səviyyədə? Yazır ki: "Ərizəmi də yazdım, indi məndən nə istəyirlər? Kim mənim haqqımda nə yazırsa, cavabını Allahdan alsın. Həqiqəti yazmayanlar Nurlana xanım kimi ədalətsizliyə tuşlansınlar. Mənim haqqımda çox şey yazırlar, nə olsun? Yazırlar ermənidir. Nurlana xanımın hər gün oxuduğu "Ayətəl Kürsü"lər, hər gün oxuduğu dualar onlara qənim olsun. Nurlana xanımın nənəsi Tutbəyimin, Hacı Seyidin cəddi onlara qənim olsun. Allahdan alsınlar paylarını. Nurlana xanım peşəkarlıqla, vicdanla, insan kimi, ölkənin anası kimi işlədi. Mən peşəkar pedoqoji təhsil təşkilatçısı kimi çalışdım. Bundan artıq mənə heç nə lazım deyil. 75 yaşım var, vicdanımın qarşısında rahat həyatımı sürürəm. Qurtardıq!”

Birincisi, N.Əliyeva ərizəni yazmayıb, Prezidentin sərəncamı ilə 22 iyunda işdən çıxarılıb.

İkincisi, bu sərəncamın verilməsinin səbəbi odur ki, BSU-da 100 tələbənin yüzminlərə çatan təhsil haqları mənimsənilib və bundan rektorun xəbərinin olmaması mümkün deyil. Tələbələrin etirazları rektorluqda qulaqardına vurulduqdan sonra Baş Prokurorluğa şikayət edilib, cinayət işi açılıb, saxlanılan da var, istintaq davam edir.

Üçüncüsü, Nurlana Əliyevanın Sabir adına Texnikomu (Azərbaycan Dövlət Pedoqoji Kolleci) bazara çevirdiyini bu ölkədə bilməyən yoxdur. İllərlə o kollec rəsmən alver yeri olub. Bu şəxsin necə "peşəkar” olduğundan kimin xəbəri yoxdur ki?

Bu şəxsin Bakı Slavyan Universiteti kimi siyasi məzmun kəsb edən bir universitetə rəhbərlik etməsi isə əsl faciə idi. Adam 20 Yanvar qatili Primakovun "tarixi fəaliyyəti” ilə bağlı Rusiya səfirliyinin keçirdiyi müsabiqəyə tələbələrini zorla qatıb, özünü rüsvay etməkdən belə utanıb eləmədi. İstənilən peşəkar bu səhvdən sonra "ərizə yazardı”, yalnız Nurlana Əliyevadan başqa. Bu xanımın bu siyasi fəhmlə YAP Qadınlar Şurasına 12 il rəhbərlik etməsini sadəcə anlamaq mümkün deyil.

Son açıqlaması isə səviyyəsini, intellektini, dünyagörüşünü bir daha və bir daha ortaya qoydu. Nurlana xanım bu təfəkkürlə aulda su növbəsi üstündə dava edən yeniyetmə qızdan daha aşağı səviyyədə olduğunu göstərdi. Bu xanım tələbəyə nə öyrədə bilər? Bu xanımdan hansı intellekt, dünyagörüş nümunəsi götümək mümkündür?

Bütün bunlarla bərabər Baş Prokurorluq 30 aprel tarixində yaydığı ikinci açıqlama ilə rektor Nurlana Əliyevanın özünə bəraət məqsədi ilə yaydığı yalanı ifşa etdi, Nurlana Əliyevanın yalan danışdığını rəsmən elan etdi, adamı yerdən-yerə vurdu. Bu təkzibdən sonra da heç bir peşəkar vəzifədə qalmaqda davam etməzdi ki, Nurlana Əliyeva qaldı, "ərizə” yazmadı.

O da elmlər doktorudur, bu da; o da siyasi fəaliyyətlə məşğul olub, bu da: ancaq Həsən Həsənova görə nə qədər qürurlanırsansa, azərbaycanlı olmağınla fəxr edirsənsə, Nurlana Əliyevaya görə bir o qədər utanıb-xəcalət çəkirsən.

N.Əliyevanı Azərbaycan təhsilinə paz kimi çalan və hazırda da yüksək vəzifədə fəaliyyətini davam etdirən, görəsən, azacıq da olsa, xəcalət çəkirmi?//axar.az

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər