Gündəm
Gündəm / Təhsil
Məktəblərdə summativ qiymətləndirmə əyani keçiriləcək - BŞTİ
"Məktəblərdə yoluxma halı tək-tək olarsa, həmin şəxslər təcrid olunacaq. Kütləvi olarsa, məktəblərin müəyyən zaman qismində bağlanması həyata keçiriləcək”.
Bunu APA TV-yə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə deyib.
O bildirib ki, məktəblərdə summativ qiymətləndirmə birinci yarımildə olduğu kimi bir dəfə keçiriləcək: "Bu dəfə şagirdlərimiz əyani şəkildə qiymətləndirməyə qatılacaq”.