Gündəm

Məktəb direktorları ilə onlayn görüş keçilib
 
 
 
 
 
 
 

 
 
 
 
 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bağlı tədris ocaqlarında həyata keçiriləcək maarifləndirici tədbirlərin müzakirəsinə dair onlayn görüş keçirilib.

BŞTİ-dən verilən məlumata görə, görüşdə BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva, İdarənin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva ərazilərimizin işğaldan azad edilməsində xalqımızın və dövlətimizin əldə etdiyi nailiyyətlər, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə məlumat verib. İ.Abdullayeva Təhsil Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına və BŞTİ-nin müvafiq əmrinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərin tarixi və coğrafiyası, adət-ənənələri, tanınmış şəxsiyyətləri barədə məlumatların dərslərə inteqrasiyası, vətənpərvərlik mövzusunda təqdimatların, videoçarxların hazırlanması, gənclərin ordu sıralarında xidmətə mənəvi-psixoloji hazırlığı barədə fikirlərini bildirib.

 

Müdir müavini ümumi təhsil müəssisələrində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə apardığı daxili və xarici siyasəti, məktəblilərdə vətəndaşlıq mövqeyinin formalaşması barədə məktəb rəhbərlərinə müvafiq tövsiyə və təkliflər verib.

BŞTİ-nin sektor müdirləri Fuad Babayev və Bəşarət Məmmədov, ümumi təhsil sektorunun baş məsləhətçisi Afiq Əzizov müəyyən edilmiş tədbirlərin istiqamətləri barədə məlumat verib və bu məsələlərə yanaşmada təşəbbüskarlığın vacibliyini diqqətə çatdırıblar.

Görüşdə Ali Baş Komandanın Vətən müharibəsi dövründə kütləvi informasiya vasitələrinə müsahibələrinin və müsahibələrdən irəli gələn müvafiq məsələlərin şagirdlərlə müzakirəsinin təşkili və digər təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.

(Apa.az)


Son xəbərlər

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Daha 35 ailə Füzuliyə yola salındı

Rayon Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab

Ukraynanı son terrorda günahlandırması Rusiyaya baha başa gələ bilər - ISW

Bakıda məşhur ticarət mərkəzi niyə boşaldılıb? (Açıqlama)

Xankəndiyə ilk köç bu əraziyə olacaq (VİDEO)

Həkim əllərin titrəməsinin səbəblərindən danışdı

Sabahdan Azərbaycanda tətil başa çatır

Bütün xəbərlər