Gündəm

Pənah Hüseynov ona dəymiş maddi və mənəvi zərərlərə görə təzminat tələb edir

"Ölkəmiz günü-gündən inkişaf edir" təsəllisi ilə, ölkəmiz bəzi sahələrdə sürətlə geriləyir. Bu geriləmənin səbəbləri də "sapı özümüzdən olan baltalardır.

Adına "məmur" dediyimiz həmin "balta"lar sırf öz qarın və cibləri" uğruna xalqın haqqını talayır, bizi dövlətdən, dövlətçilikdən incik salırlar.

Çox təəssüflər olsun ki, bu kimi məmurların siyahısı böyükdür və siyahıda Sosial Müdafiə Naziri Sahil Babayev, (nəhayət ki) keçmiş Səhiyyə Naziri Oktay Şirəliyev ön sıraları bölüşdürürlər.

2005-ci ildən Səhiyyə Naziri kimi "start götürən" Oktay Şirəliyev sən demə "Hippokrat"a Azərbaycan səhiyyəsini loru dildə desək "yanıüstə" qoyacağına and içibmiş.

Əhsən.
"Andına Sadıq oğlan" imiş "bizim" Oktay müəllim.

Dediyini etdi və nəhayət ki, getdi.

Pənah Hüseynov ona dəymiş maddi və mənəvi zərərlərə görə təzminat tələb edir
Gedərkən özünün "böyütdüyü" kadrlarını da özü ilə götürməyi unutmadı "sağ olsun".

Həmin Oktay Şirəliyevin yarıtmaz idarəçiliyinin nümunələrindən biri də bir neçə gün bundan öncə korrupsiya faktları ilə həbs edilən "Medstyle"hospitalının baş həkimi İmran Ağayevdir.

Xatırladaq ki, 2019-cu ildə DogruXeber.az informasiya agentliyinə Beyləqan rayon Əhmədli kənd sakini Hüseynov Pənah Hüseyn oğlu tərəfindən daxil olan müraciət redaksiyamız və "MUM.TV" YouTube kanalımızda yayımlanmışdı.

Pənah Hüseynov müraciətində bildirirdi ki, səhhətində yaranan problemlərlə bağlı həmkəndlisinin tövsiyyəsi ilə Bakı Şəhər Mərkəzi Klinik Xəstəxanasına gedib. Onu müayinə edən Mərkəzi Klinik Xəstəxananın həkimi Niyaməddin həkim təcili əməliyyat olunmalı olduğunu bildirib. Bu əməliyyatı da "Medstyle"hospitalında çalışan Qardaşxan adlı bir professorun daha profesional edə biləcəyini bildirib.

Məsələ dəfələrlə redaksiyamızda yayımlandığı yuxarıdakı videoda ətraflı göründüyü üçün çox yazıb oxucularımızı yormaq istəmirik.
Birbaşa məsələnin hələ tamamlanmamış nəticələrinə keçid edirik.

Pənah Hüseynov ona dəymiş maddi və mənəvi zərərlərə görə təzminat tələb edir
Əvvəlcə onu da qeyd edək ki, zərərçəkmiş Pənah Hüseynov dəfələrlə, hətta 2021-ci ilin əvvəlinə qədər təkrar-təkrar Nərimanov rayon prokurorluğuna və baş prokurorluğa və digər dövlət qurumlarına şikayət edirdi.

Prezident İlham Əliyevin 21 iyun 2020-ci il tarixli sərəncamı ilə Baş prokurorluqda köklü dəyişikliklər edildi. Belə ki, baş prokuror Zakir Qaralovun fəaliyyətinə xitam verildi və onun yerinə Kamran Əliyev Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olundu.
Kamran Əliyevin vəzifəyə gəlişindən sonra zərərçəkmiş Pənah Hüseynovun da şikayət ərizələri açılıb oxundu və sözügedən məsələ barədə cinayət işi açıldı.

Nəhayət ki, bir neçə gün bundan öncə mətbuatda xəbər yayıldı ki, "Medstyle" hospitalı 25.000 (iyirmi beş min) AZN cərimə olunub və həmin məbləğ dövlət büdcəsinə köçürülüb. Baş həkim İmran Ağayev isə korrupsiya faktlarına görə həbs olunub.

Əlavə edək ki, digər günahkar həkimlər haqqında hələ ki, heç bir tədbir görülməyib.

Zərərçəkmiş Pənah Hüseynov yenidən DogruXeber.az informasiya agentliyinin redaksiyasına müraciət edib. P.Hüseynov bu dəfəki müraciətində bildirir ki, "hospital cərimə olunub, baş həkim həbs olunsa da mənə dəymiş maddi və mənəvi ziyan hələ də ödənilməyib."

P.S: P.Hüseynov ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün Nərimanov rayon Məhkəməsinə müraciət edib. Yaxın günlərdə Məhkəmə prosesi baş tutacaq.

P.S.S: Hüseynov yenidən redaksiyamıza yenidən müraciət edərək yaxın günlərdə baş tutacaq Məhkəmə prosesində aidiyyəti və səlahiyyətli şəxslər tərəfindən məsələ haqqında ədalətli qərar veriləcəyinə ümid etdiyini bildirib.



Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

 

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər