Dünya
Dünya
Türkiyədən S-400 AÇIQLAMASI: Müzakirə mövzusu belə deyil
Tədarük etdiyimiz sistemlərin nəzarət və hazırlıqlarına planlaşdırdığmız formada davam edirik.
Bu sözləri Türkiyənin Vitse-prezidenti Fuat Oktay Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasının iclasında deyib.
Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərinin niyə aktivləşdirilmədiyi sualına F.Oktay belə cavab verib: "Belə bir şey, əslində, müzakirə mövzusu deyil. Tədarük etdiyimiz sistemlərin nəzarət və hazırlıqlarına planlaşdırdığmız formada davam edirik. Bu sistemlər onsuz da aktivləşdirilib, sınaqları da keçirilib. Anbarda çürüməsi və sair kimi xarici ictimaiyyəti yanıltmaq məqsədli bu mövzuların daim gündəmə gətirilməməsində fayda var".
(publika.az)