Gündəm

Gərgin görüş!: Aktual mövzular var:
MUMtv.AZ: - Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş keçiriləcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, qeyd edib ki, Rusiya XİN başçısı erməni həmkarı ilə də ayrılıqda görüşəcək. Görünür, şimal qonşumuz öz apluasındadır. Və yenə nələrinsə "peşindədir”…

Siyasi elmləri doktoru, professor Cümşüd Nuriyev sabahkı görüş barədə "Sherg.az”ın suallarını cavabladı:

-Nələr müzakirə oluna bilər?

İlk növbədə onu deyim ki, Rusiya qeyri-səmimidir. Moskva yenə ikili standartlardan çıxış edir, Ermənistanı dəstəkləyir. Əlbəttə, sülhməramlıların fəaliyyəti masaya yatırılacaq. Çünki rus hərbçiləri BMT nizamnaməsinin 37-44-cü maddələrini pozurlar. Azərbaycanın xarici işlər naziri mütləq köçkünlərin torpaqlara qayıtması məsələni kontr-arqument kimi gündəmə gətirməlidir. Çünki indiyədək ancaq ermənilər Qarabağa qaytarılır. Bir nəfər də olsun azərbaycanlı köçürülməyib. Ceyhun Bayramov sual verməlidir ki, missiyasını yerinə yetirməyən Rusiya Azərbaycandan nə istəyir? Və bir də Lavrov Türkiyə ilə bağlı rəsmi Bakıya təzyiq göstərməyə çalışacaq.

-Türkiyə- Rusiya münasibətlərinin loyallaşdığı bir vaxtda?

-Münasibətlər heç də göründüyü kimi deyil. Bilirsiniz ki, ABŞ açıq-aydın Ankaranı dəstəkləyir. İkinci bir tərəfdən, Rusiya Liviya və Suriyada olduğu kimi Qafqazda da mövqelərini Türkiyəyə itirir. Lavrov, çox güman, söz almağa çalışacaq. Ona görə də Ceyhun Bayramov çox diqqətli olmalı, qarşısındakı adamı tanımalıdır. Kremlin məqsədi Azərbaycanın Qarabağla bağlı fəaliyyətini iflic etmək və ya xeyli zəiflətməkdir.

-Bəzilərinin fikrincə, Azərbaycan apreldə anti-terror əməliyyatı keçirəcək. Bu məsələdə də bizə təzyiq göstərə bilərlər?

-Əlbəttə. Təkcə Rusiya Xarici İşlər Nazirliyi yox, kəşfiyyat və əks-kəşfiyyat idarələri də buna mane olmağa çalışır. Amma başqa yolumuz yoxdur. İnsanlarımızı köçürmək və Ağdamın təhlükəsizliyini təmin etməkdən ötrü Xocalıya, Əsgərana nəzarət etməliyik. Odur ki, anti-terror əməliyyatlarının keçirilməsi çox vacibdir. Bunu şərtləndirən başqa məqamlar da var.

-Nələrdir?

-Bəyanatın tələblərinə zidd şəkildə Qarabağda hələ də xeyli erməni terrorçusu mövcuddur. Onların sayı təxminən on minə yaxındır. Sülhməramlılar nəinki onları çıxarır, ümumiyyətlə, fəaliyyətlərinə nəzarət etmir. Ona görə terrorçular ərazini minalayırlar. Nəticədə şəhidlərimizin sayı günbəgün artır. Əgər Rusiya erməni terrorçularını ərazidən çıxarmırsa, bunu biz özümüz etməliyik. Özü də hökmən!

-Yeri gəlmişkən, minalı ərazilərin xəritəsi məsələsi necə olacaq?

-Dediyim kimi, hər gün ən azı bir hərbçimiz minaya düşürlər. Amma bir nəfər də olsun rus əsgərinin başına belə hadisə gəlməyib. Niyə? Çünki xəritə Rusiyada var. Sadəcə özləri vermir. Məqsəd isə Azərbaycandan daha çox "qoparmaq”, bizi nələrəsə məcbur etməkdir. Etiraf etməliyik ki, hazırkı status rusların ürəyincə deyil. Və onlar bunu dəyişmək niyyətindədirlər. Ceyhun Bayramov sadaladığımız məsələlərin hər birini nəzərə almalı və hücum taktikasını seçməlidir.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər