Gündəm

ABŞ-ın
ABŞ müdafiə naziri Lloyd Ostininin martın 20-də Hindistana rəsmi səfəri dünya mətbuatının diqqət mərkəzində oldu. Məsələ burasındadır ki, Türkiyə kimi Hindistan da Rusiyadan S-400 raket sistemlərini almağı planlaşdırır. Bu isə Vaşinqtonun maraqlarına uyğun deyil. Qərb mətbuatının yazdığına görə Pentaqonun başçısı bu məsələni hindistanlı həmkarı Racnatx Sinqxlə müzakirə edib.

Buna baxmayaraq, Amerikanın müdafiə naziri səfərin yekunlarıyla bağlı keçirilən mətbuat konfransında Dehlidə S-400 raketləri mövzusunun müzakirə edilmədiyini deyib: "Hindistan hələ S-400 raketlərini almayıb. Buna görə raket mövzusu müzakirə edilməyib”.

Vəziyyəti şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Sherg.az”a bildirib ki, Dehli Moskva ilə 2015-ci ildə imzaladığı anlaşmaya görə Rusiyadan S-400 raketlərini almağı planlaşdırıb:

"Anlaşmanın dəyəri 5.43 milyard dollardır. Ancaq o da doğrudur ki, Hindistan Türkiyədən fərqli olaraq hələ raketləri almayıb və Vaşinqton ümid edir ki, Dehli bu plandan imtina edəcək. ABŞ Hindistana "Predator” pilotsuz aparatları və patrul gəmiləri satacağını vəd edib.

Vaşinqton Dehli ilə əməkdaşlığa böyük əhəmiyyət verir. ABŞ müdafiə naziri Lloyd Ostin hindistanlı həmkarıyla yanaşı Hindistanın baş naziri Narendra Modi, baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Adjit Doval və xarici işlər naziri Subrahmanyam Caişankarla görüşüb. Vaşinqton Dehliyə Hindistanın yüksək texnologiyalara yiyələnməsinə imkan yaradacağını vəd edib. Vaşinqton ayrıca, Hindistanı Sakit okean bölgəsində rolunun artmasını istəyir. Dehlidə bu mövzuda müzakirələrin getdiyini yerli "Hindustan Times” qəzeti də yazıb”.

Politoloqun qənaətincə, Vaşinqton Hindistana dəstək verməklə Çini bölgədə durdurmaq istəyir:

"Çünki Çin getdikcə bölgə ölkələrinə öz şərtlərini diqtə etməyə çalışır və bu yalnız ABŞ-ı deyil, bölgənin digər dövlətlərini də narahat edir. ABŞ Hindistan-Çin sərhəddində mütəmadi baş verən insidentlərdə Dehlini dəstəkləyir. Digər tərəfdən Vaşinqton bölgədə Çini durdurmaq üçün Hinidstan-Yaponiya-Avstraliya blokunu gücləndirməyə çalışır.

Amerika bu halqanın dördüncü dövlətidir. ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Hindistanda rəsmilərlə görüşərkən dövlət katibi Entoni Blinken və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cveyk Sallivan Amerikanın Alyaska ştatında Çinin xarici işlər naziri Van İ və Komminsit Partiyasının xarici əlaqələr komitəsinin rəhbəri Yan Tseçi müzakirələr aparırdılar. Ancaq görüş qalmaqalla yadd qaldı. Tərəflər bir-birlərini ittiham etməklə məşğul oldular, yəni dialoq alınmadı.

Bu o deməkdir ki, ABŞ-Çin gərginliyi bundan sonra da davam edəcək. Ona görə də Çini durdurmaq üçün Vaşinqtonun Hindistanla tərəfdaşlığa daha çox ehtiyacı olacaq”.

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər