Gündəm
Gündəm / Siyasət
“Daşnaksütyun” rəsmisi Paşinyanı zorakılıqda ittiham etdi
Ermənistanın "Daşnaksütyun" partiyası Ali Şurasının üzvü, "Vətənin xilası" hərəkatının koordinatoru İşxan Saqatelyan polis zorakılığı ilə bağlı məlumat yayıb.
Azvision.az xəbər verir ki, o, erməni polislərin qardaşı oğluna qarşı zor tətbiq etməsinə dair video paylaşıb.
Saqatelyan zorakı metodların faydasız olacağını deyib:
"İrəvanın mərkəzindəki mitinqdən sonra qardaşım oğluna hücum ediblər və daha sonra onu saxlayıblar. Nikol, bizi zorakılıqla zülm edə biləcəyini düşünmə. Bu heç bir nəticə verməz... Unutmayın, tezliklə hamınız bir-bir cavab verəcəksiniz".