Gündəm
Gündəm / Dünya
Ermənistanda daha bir mitinq başlayır
Ermənistan parlamentinin önündə bu gün saat 13:00-da mitinq keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Vətənin Xilası Hərəkatı açıqlama yayıb.
Hərəkat Baqramyan prospektində çadırlarda qalan aksiya iştirakçılarının "gecəni sakit keçirdiyini” bildirib:
"Səhər Hərəkatın rəhbərliyində təmsil olunanlar mitinq yerinə gəlib. Vətəndaşlar da toplaşmağa davam edir”.
Qeyd edək ki, ötən gün həm hakimiyyət, həm də müxalifət mitinq keçirib. Nikol Paşinyan mitinqdən sonra küçə aksiyalarının dayandırılması və dialoqa başlamaq təklifi edib.