Gündəm

“Qurbaşı” dəstəsinin ömürlük cəzaya məhkum edilən üzvü azadlığa çıxmaq istəyir
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 

Azərbaycanda ömürlük cəzaya məhkum edilən - "Qurbaşı” dəstəsinin sağ qalan üzvlərindən biri Çingiz Paşayev yenidən məhkəməyə müraciət edib.

Open.az xəbər verir ki, o, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasını istəyir.

Ç.Paşayevin təqdimatı Qaradağ Rayon Məhkəməsinə daxil olub. Lakin məhkəmə təqdimatı təmin etməyib. Qərardan narazı qalan məhkum Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Hazırda məhkəmədə onun müraciətinə baxılır. Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.

Qeyd edək ki, "Qurbaşı” dəstəsinin üzvlərindən olan Ç.Paşayev hazırda Qobustan qapalı həbsxanasında cəza çəkir. Ölüm cəzasına məhkum olunmuş "Qurbaşı” dəstəsinin beş üzvündən yalnız Ç.Paşayevlə Əli Quliyev sağ qalıb. Digərləri isə həbsxananın divarları arasında dünyasını dəyişib.

1989-cu ilin əvvəlində 14 nəfərdən ibarət qrup həbs olunub. Ən son saxlanılan Ə.Quliyev və Ç.Paşayev olub. 14 müttəhimdən beşi ən ağır cəza - ölüm cəzasına məhkum edilib. Daha sonra ölüm cəzası yüngünləşdirilərək ömürlük cəzası ilə əvəz edilib.

Dəstə üzvləri üç ayrı SSRİ ərazi subyektinin Cinayət Məcəlləsi əsasında mühakimə olunub. Azərbaycan SSR-nin Cinayət Məcəlləsinə (1984-cü il redaksiyası) əsasən, həmin şəxslər quldurluqda, iri məbləğli talanda, ağır hallarda dəstə şəklində qəsdən adam öldürmə, qəsdən adam öldürmənin təşkili, həyata keçirilməsi və iştirakda təqsirləndirilib. RSFSR Cinayət Məcəlləsi üzrə onlara quldurluq, qəsdən adam öldürmədə iştirak kimi ittihamlar tövsif olunub. Dəstə üzvləri, bundan başqa, Gürcüstan Respublikasının Cinayət Məcəlləsi əsasında mühakimə olunub.


Son xəbərlər

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

Bütün xəbərlər