Dünya

Bu gün səhər saatlarında Rusiyanın Krasnoyarsk şəhərində Anatoli Bıkov həbs edilib. Yerli KİV-in yazdığına görə, Krasnoyarsk diyarı Dumasının keçmiş üzvü öz mənzilində saxlanılıb. O, sifarişli qətllərdə ittiham olunur. Şahidlərin dediyinə görə, Bıkovun mənzilinə sıradan polislər gəlməyiblər. O, yerli DİN, Rosqvardiya və FTX əməkdaşlarının birgə əməliyyatı nəticəsində həbs edilib.

 

 

Bıkov Krasnoyarsk Alüminium zavodunun sahibi idi. 1997-2016-cı illərdə yerli parlamentin deputatı olub. Regionda nüfuzu olduqca böyükdür. Amma…

Amma yerli hüquq-mühafizə orqanlarının sifarişli qətllərlə bağlı şübhələri də əsassız deyil...

 

Cinayətkar aləmdə "Sibir kriminalının atası”, "Tolya-Bık” ləqəbli bu vəhşi 90-larda Vladimir Tatarenkov adlı kriminal avtoritetlə birgə doğrudan da Krasnoyarskda at oynadıb. Onların hesabında çox sayda qətllər var. Məsələn, "Novaya qazeta”nın yazdığına görə, bu qətllərin ehtimal edilən sayı ən azı 20-dir.

Bıkovun federal səviyyədə tanınan qanuni oğrular "Lyapa”, "Tolmaç”, "Salim” və ən əsası, "Yaponçik”lə dostluq münasibəti olub.

 

Amma necə deyərlər, bütün bu həngamələr, bu qədər qətl, bir vaxtlar Rusiyanın altını üstünə çevirən o nəhənglikdə avtoritetlərlə dostluq qalıb bir yana, onu "Paşa Svetomuzıka” kimi "bespredel”in qətlini sifariş etməkdə ittiham edirlər.

 

Hə, "Paşa Svetomuzıka” ləqəbli kriminal avtoritetin, Vilor Struqanovun. Bəs bu "Svetomuzıka” kimdi? Bu unikal Vilor nə addı belə?

 

Vilorun adı, Vladimir İliç Lenin Otes Revolyutsii sözlərinin baş hərflərindən əmələ gəlib. Gözünü tez-tez qırpdığı üçün isə onu "Svetomuzıka” kimi çağırıblar. Elə kriminal aləmdə də bu ləqəblə tanınıb. Vilor Struqanov 24 sentyabr 1964-cü ildə Kemerovo vilayətinin Mainsk şəhərindəki qadın həbsxanasında anadan olub. Hə, təəccüblənməyin, onun anası Yelena Fyodorovna yeməkxanadan oğurluq etdiyinə görə, orada cəza çəkirmiş.

 

Elə Struqanov da ilk cəzasını şalvar oğurluğuna görə çəkib. Amma ikinci dəfə daha böyük cinayətə əl atıb. O, əslən Şəmkirdən olan Rafiq Məmmədov və Vladimir Oşarovla birgə yerli iş adamlarından birini oğurlamaqda ittiham olunub. Həmin vaxt onlar ələ keçirlər. "Svetomuzıka” cinayəti boynuna götürür və 7 il həbs cəzasına məhkum edilir.

 

Azadlığa çıxandan sonra isə boş dayanmır, bir sıra kriminal gücləri öz ətrafında birləşdirərək, Krasnoyarsk diyarındakı bazarlar uğrunda müharibəyə başlayır. Bu müharibədə isə onun bir nömrəli rəqibi məhz Bıkov idi.

 

Hə, müharibə başlamışdı. Bu müharibədə onlara iki nüfuzlu azərbaycanlı dəstək verirdi. "Sevetomuzıka”ya Rafiq Məmmədov, "Tolya Bık”a isə Oqtay Əhmədov...

 

Rafiqlə Oqtayı əslində həmyerli saymaq olar. Onlar Azərbaycanda qonşu rayonlardandırlar – Məmmədov Şəmkirdən, Əhmədov isə Tovuzdan idi.

 

Əslində, Rafiq Məmmədov Krasnoyarskdakı bazarlar uğrunda Oqtay Əhmədovun qruplaşması ilə illərdir, mübarizə aparırdı. Şəmkirli Məmmədovun qruplaşması ilətovuzlu Əhmədovun klanı arasında mübarizədə indiyədək onlarla adamın öldüyü haqda məlumatlar var. Onlar, yuxarıda dediyimiz kimi, bu müharibədə tək deyildilər. Biri "Svetomuzıka”nın, digəri isə "Bık”ın tərəfindəydi.

 

Oqtay Əhmədov iki dəfə sui-qəsdə məruz qalmışdı. İlk dəfə o, 1997-ci ilin fevralındabaşından vurulur. Ağır əməliyyata məruz qalır. Çənə sümüyü, demək olar ki, tam dəyişdirilir. Nitq və hərəkət qabiliyyətini itirir. Ömürlük əlil arabasına möhtac olur. Amma bu vəziyyətdə belə, biznesini və qruplaşmasını idarə edir.

 

Nəhayət, 2003-cü il oktyabrın 22-də də Oqtay Əhmədov öldürürlər. Ona iki güllə vurulmuşdu. Biri ombasına, biri ürəyinə. Xəstəxanaya çatdırmaq mümkün olmamışdı. 40 dəqiqədən sonra vəfat etmişdi.

 

Bu yerdə bir məqama xüsusi diqqət yetirək. Məmmədov və Əhmədovların qruplaşmaları arasında gedən müharibədə Rafiqin 1 qardaşı öldürülüb, 2-si yaralanıb. Oqtay Əhmədovun isə indiyədək bir neçə yaxın qohumunun, o cümlədən iki əmisi oğlunun öldürüldüyü məlumdur.

 

Əhmədovun öldürülməsindən sonra onun qruplaşmasının mövqeləri nisbətən zəifləyir, vilayətdə əsas söz sahibi kimi Rafiq Məmmədovun adı çəkilməyə başlayır.

Amma… onunku da uzun çəkmir.

 

2009-cu il, 6 may.

 

Onu şəhər ətrafındakı Solontsı bağ evləri qəsəbəsində qətlə yetirmişdilər. Rafiq Məmmədov hadisə zamanı zirehli "Ford” da olub, killerlər avtomobilə avtomat və tapançadan intensiv atəş açıblar. Rafiqlə bərabər, onun 3 azərbaycanlı mühafizəçisi də atəşə tutulur. Onların dördü də hadisə yerində ölür.

Hadisə yerinə gələn kriminalistlərin ilk qənaəti bilirsinizmi nə olur? Vendetta! Hə, məhz QİSAS! Əhmədovun qisası alınmışdı. Hər, halda rusiyalı istintaqçılar belə fikirləşirdilər.

Onun qatilləri isə tezliklə tapılır. Və hər ikisi də azərbaycanlı: Elmir Məmmədov və Tural Nəcəfov. Əvvəlcə etiraz etsələr də, sonradan törətdikləri cinayəti boyunlarına alırlar. Krasnoyarsk şəhər məhkəməsi onları müvafiq olaraq 22 və 21 il müddətinə azadlıqdan məhrum edir.


***

 

Zaman - 2015-ci il, aprelin 4-ü.

Məkan - Krasnoyarsk şəhər məhkəməsi.

 

Məhkəmənin qərarı ilə "Paşa Svetomuzıka” ləqəbli məşhur kriminal avtoritet Vilor Struqanov 9 il müddətinə azadlıqdan məhrum edilir.

Əslində, məhkəmədə dövlət ittihamçısı Struqanovu 25 il azadlıqdan məhrum etməyi xahiş edir.

Çünki Struqanov və iki şəriki Vladimir Oşarov və İqor Yelovski 5 nəfərin qətlində günahkar hesab olunurdular. Amma bu, hələ sübut olunmuş qətl hadisələrinə görə verilən cəza idi. Onların sayı isə çox, lap çox idi. Anası oğru olan bu avtoritetin sifariş verdikləri arasında azərbaycanlılar da vardı.Bazar müharibələrinin qurbanı olan azərbaycanlılar...(Lent.az)


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər