Gündəm

Bakıda seyf oğurlayan dəstə ələ keçib (FOTO)
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Səbail rayonu Bayıl qəsəbəsində yaşayan F.Musayev Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 dollar olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən MUMTV.az-a verilən məlumata görə, Səbail RPİ Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyev evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.

Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə orada qazaraq basdırıb. Qeyd edək ki, həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.

 

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib və o, hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında probasiya xidmətinin bilərziyini daşıyan K.Nəcəfov buna baxmayaraq yenidən oğurluq edib.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir./Trend


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər