Gündəm

Mərdəkan bələdiyyəsinin vəzifəli şəxsindən şok əməl:
Mərdəkan bələdiyyəsinin vəzifəli şəxsi – Tabil Paşayev və onun qohumu Arifə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tabil Paşayev 2 avqust 2010-cu il tarixdən Bakı şəhəri Xəzər rayonu Mərdəkan bələdiyyəsinin vergi müfəttişi vəzifəsində işləyərkən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qohumu Arifə Hacıyevə ilə qabaqcadan əlbir olub. O, cinayət əlaqəsinə girərək, özgə əmlakının dələduzluq yolu ilə ələ keçirmək barədə əvvəlcədən aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq, qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etməklə, 2018-ci ilin fevral ayında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində, Qala-Pirallahı yolunun kənarında olan 50 sot torpaq sahəsini almaq üçün ona müraciət etmiş, Qala qəsəbəsinin sakini Hatəm İbrahimova özünün Bakı şəhər İcra Hakimiyyətində yüksək vəzifədə işləyən "Arifə» adlı qadınla yaxın münasibətinin olmasını, qeyd olunan münasibətindən istifadə edərək həmin torpaq sahəsini almasında köməklik göstərmək imkanına malik olduğunu yalandan bildirib.

Rabil Paşayev "Arifə”yə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan 31.400 manat pul verilməsi müqabilində həmin məsələni həll edəcəyini yalandan vəd verib, onu inandırıb.

Talib Paşayev 2018-ci ilin fevral ayında həmin adla Qala qəsəbəsində Qala-Pirallahı yolunun kənarında yerləşən həmin torpaq sahəsində Hatəm İbrahimovdan 31400 manat məbləğində pulu Arifə Hacıyevə ilə birlikdə alıb, aralarında bölməklə, Hatəm İbrahimova məxsus əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Tabil Paşayev vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində birbaşa yolla özünün vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Hatəm İbrahimovu təhrik edib.

Bundan başqa, Tabil Paşayev Arifə Hacıyeva ilə 14 mart 2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsindən Binə qəsəbəsinə dönən yol ayrıcının sağ tərəfində yol kənarında olan 12 sot torpaq sahəsini almaq üçün ona müraciət edib.

Tabil Paşayev Qala qəsəbə sakini Natiq Qarayevə özünün Bakı şəhər İcra Hakimiyyətində yüksək vəzifədə işləyən "Arifə” adlı qadınla yaxın münasibətinin olmasını, qeyd olunan münasibətindən istifadə edərək həmin torpaq sahəsini almasında köməklik göstərmək imkanına malik olduğunu yalandan bildirib. O, "Arifə”yə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan 25.300 manat pul verilməsi müqabilində həmin məsələni həll edəcəyini yalandan vəd verib.

Talib Paşayev həmin adla Qala qəsəbəsində yerləşən "Qalabazar” restoranının yaxınlığında 14 mart 2018-ci il tarixdə sonuncudan 25.300 manat məbləğində pulu alıb, qabaqcadan əlbir olduğu Arifə Hacıyevə ilə aralarında bölüb.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Talib Paşayev 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Bundan başqa, Arifə Hacıyeva məhkəmənin hökmü ilə təqsirli bilinərək məhkum olunub.

Hökmdən narazı qalan Tabil Paşayev apelyasiya şikayəti verib. O, əməlində cinayət tərkibi olmadığını əsas gətirib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Tabil Paşayevin apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Tabil Paşayev kasasiya şikayəti versə də, onun şikayəti təmin olunmayıb.

Son xəbərlər

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Bütün xəbərlər