Hadisə

Polis və prokurorluq jurnalistin döyülməsi ilə bağlı dərhal hərəkətə keçdi
 
 

 
 
 
 
 
 
Avqustun 25-də saat 10 radələrində Bakı şəhər sakini Zülfüqar Xeyirxəbərovun idarə etdiyi "Mercedes” markalı 99-BC-360 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı avtomobil yolu ilə hərəkətdə olarkən Binə qəsəbəsi ərazisində "Daewoo” markalı 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən heç bir əsaslı səbəb olmadan saxladılaraq mübahisə etməklə ona bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Minval.info xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan daxil olan birgə məlumata görə, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 1993-cü il təvəllüdlü Seymur Mustafazadə olduğu aşkar edilib.

İstintaqla Seymur Mustafazadənin ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə yol verərək Z.Xeyirxəbərova bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Mustafazadə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Bütün xəbərlər