Hadisə
Hadisə
Mərdəkan çimərliyində bədbəxt hadisə
Xəzər rayonunun Mərdəkan qəsəbəsinin dəniz çimərliyində yol-nəqliyyat hadisəsi baş verib.
"MUMTV.az” xəbər verir ki, qəza iyulun 25-də saat 17 radələrində qeydə alınıb.
Bakı şəhər sakini G.Müslümova "KİA” markalı avtomobili arxaya hərəkət etdirərkən paytaxt sakini – 3 yaşlı Əliağa Mustafayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.