Gündəm

 Çinin neft saxlama qabiliyyəti tükənir
 
 

 

 
 
 
 

Dünyanın ən böyük neft idxalçısı olan Çinin neft ehtiyatları təxminən 100 günlük xalis idxal səviyyəsinə qədər artıb ki, bu, əlavə saxlanc çənləri və obyektlərinin tapılmasını çətinləşdirir.

"Report” xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat verib.

Qeyd olunur ki, ehtiyatların artması Çinin 2020-ci ildə koronavirus pandemiyası fonunda qiymətlərin düşdüyü zaman ehtiyat yığmaq üçün neft almaq cəhdləri ilə bağlıdır. Ehtiyatlara həm dövlət, həm də kommersiya ehtiyatları daxildir. Onların səviyyəsi dəyişir, lakin təxminən 100-120 günlük xalis idxal səviyyəsində qalır.

Əsas neft idxalçısı olaraq, kifayət qədər xammal tədarükü Çin iqtisadiyyatı üçün ciddi əhəmiyyətə malikdir. Çünki bu, tədarükdə kəsintinin olmasının təsirindən qorunma təmin edir.

Keçən ilin aprel ayında "Bloomberg” Çinin fövqəladə ehtiyatlar üçün neft alması planları barədə məlumat vermişdi. Agentliyin həmsöhbətlərinin dediklərinə görə, ilkin hədəf dövlət ehtiyatlarını 90 günlük xalis idxal səviyyəsində saxlamaq idi.

Agentliyin məlumatına görə, Çinin neft idxalı keçən il orta hesabla gündəlik 10,9 milyon barel təşkil edib, ölkənin hazırkı neft ehtiyatları isə 1,09 milyard barel səviyyəsindədir.

 

Son xəbərlər

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Bütün xəbərlər