İqtisadiyyat
İqtisadiyyat
Azərbaycanın neft-qaz sektoruna sərmayə qoyuluşu 8,6% artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 5 212 mln. manat həcmində vəsait yönəldilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin neft-qaz sektoruna 4 800,5 mln. manat yönəldilib.
Qeyd edək ki, ötən 5 il ərzində (2015-2019-cu illərdə) Azərbaycanın neft-qaz sektoruna 35 665,1 mln. manat həcmində vəsait yönəldilib.