Gündəm

“İskəndər” raketlərini tənqid etməklə Paşinyan özünü pis vəziyyətə salıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ermənistanın baş naziri Nikol Paşinyan erməni hərbçilərinin işğal etdikləri Dağlıq Qarabağ ərazilərini itirməsində Rusiyanı günahlandırıb.

İnfo24.ru bu barədə xəbər yayır.

Onun sözlərinə görə, Rusiya onlara işləməyən "İskəndər” raket kompleksləri verib. Yeri gəlmişkən, Ermənistan Rusiyanın bu növ silah satdığı yeganə dövlətdir.

 

Rusiya Raket və Artilleriya Elmləri Akademiyası prezidentinin müavini Konstantin Sivkov Paşinyanın açıqlamasını Moskvaya qarşı "tamamilə əsassız” iddia adlandırıb. Mütəxəssis xatırladıb ki, son münaqişə zamanı Azərbaycan tərəfi daim erməni hərbçilərinin hansı silahlardan istifadə etdiyi barədə məlumat verib. "İskəndər” raketlərindən heç vaxt bəhs edilməyib.

“İskəndər” raketlərini tənqid etməklə Paşinyan özünü pis vəziyyətə salıb
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 

"Paşinyanın Rusiyaya qarşı iddiaları olduğu qənaətinə gəlmişəm, amma bunlar konkret faktlara söykənmir və əsassızdır” deyən Sivkov son müsahibəyə qədər Ermənistan hakimiyyəti nümayəndələrinin heç birinin "İskəndər”in adını çəkmədiyini xatırladıb.

Ekspertin fikrincə, Paşinyanın açıqlaması onun "silahlanma məsələlərində səriştəsizliyi” ilə izah olunur. Sivkov bildirib ki, raketlər yalnız bir halda partlamaya bilər- əgər erməni hərbçiləri onları atəşə lazımi dərəcədə hazırlaya bilməyiblərsə. 

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının ehtiyatda olan polkovniki, Hava hücumundan müdafiə mütəxəssisi Mixail Xodarenok qeyd edib ki, Paşinyan kimi bir siyasətçi bu cür ittihamlar irəli sürdüyü halda onun sözləri ən azı raket atışının sayı, bunlardan uğursuz atışların nisbəti, partlamamış raketlərin sayı və s. barədə "konkret statistika” ilə dəstəklənməlidir.  

"İskəndər” sistemləri haqqında köhnə, keyfiyyətsiz və ya bu kimi başqa ittihamlarla danışmaq olmaz. Bunlar yeni sistemlərdir, onların effektivliyi sübut olunub”, - deyə Xodorenok xatırladıb.

“İskəndər” raketlərini tənqid etməklə Paşinyan özünü pis vəziyyətə salıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

O hesab edir ki, Paşinyan gülünc ifadəsi ilə məğlubiyyətə görə məsuliyyəti üzərindən atmaq istəyir.

Rusiya Federasiyasının Dövlət Dumasının üzvü Dmitri Sablin Ermənistan baş nazirinin sözlərini "Pis rəqqasa ayaqları mane olur” atalar sözü ilə şərh edib. O, "İskəndər”lərin Suriyada fəal şəkildə istifadə edildiyini və yüksək təsirli müasir silah növü olduqlarını sübut etdiyini xatırladı.

Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksandr Şerin isə Paşinyanın əsassız ittihamlara görə Rusiya tərəfindən üzr istəməsini tələb edib.

“İskəndər” raketlərini tənqid etməklə Paşinyan özünü pis vəziyyətə salıb

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər