Gündəm

 "Qaçqınkom" şefi İTTİHAM OLUNUR... - korrupsiyanın buynuzu olumur eee...
 
 
 
 
 
 
 
 
 
Çoxları düşünür ki, torpaqlarımız azad olundu, yəqin ki, bir neçə aya, lap uzağı 2-3 ilə qaçqın və məcburi köçkün problemi bitəcək.
Kökündən səhv yanaşmadır. Bu problem hələ uzun illər davam edəcək və "QAÇQINKOM” da bir dövlət qurumu olaraq fəaliyyətini davam etdirəcək. Ona görə də bu dövlət qurumunun fəaliyyət daim ictimai nəzarət altında olmalı, media bu mövzuya daim diqqət yetirməlidir. Yoxsa, hələ uzun illər obrazlı desək "mina”ya düşəcəyik.
Öncə başlayaq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdən.
Gənc sədr artıq 3-cü ildir ki, komitəyə rərhbərlik edir. Hər halda az müddət deyil.
Gəlin, "Qaçqınkom” məsələsinə keçməzdən öncə cavan komitə sədrinin həyat yoluna nəzər salaq.
Rövşən Rzayev 1962-ci ildə anadan olub, 1986-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.
1982-ci ildən Azərbaycan Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 2004-cü ildən 101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçilib.
Görəsən, tarix fakültəsinin 1-ci kursunda oxuyan növcavan oğlan Ədliyyə Nazirliyi sistemində necə işləyib?
Rövşən Rzayev BDU-da əyani oxuyub, yoxsa qiyabi?
Axı, tarix fakültəsinin tələbəsinin ƏN sistemində çalışması necə olub ?
Özü də uzun illər ƏN sistemində çalışıb.
Rövşən Rzayev 2004-cü ildə deputat seçilib. Görəsən, bu cavan oğlan 2004 - 1982 = 22 il harada olub ?
Axı, 22 illik fəaliyyəti bircə cümlə ilə "Müxtəlif vəzifələrdə çalışıb " kimi biabırçı cümlə ilə necə "oformit” etmək olar ?
Bu vallah rüsvayçılıqdır e..Axı, bu adam konkret olaraq 22 il hansı vəzifədə çalıb-çalışıb ?
Və necə oldu 22 il harada olduğu konkret bilinməyən gənci hansı sehrli əl deputat düzəltdi...
Bakıda doğulmuş, Bakıda çalışan bu gənci Daşkəsəndə kim tanıyırdı, kim sayıb deputat seçdi ?
Bu sualları qoyaq bir kənara. Rövşən Rzayevin 22 il harada olmasına gözucu nəzər salaq.
Rövşən Rzayevin həmyaşıdı Rza İbadovu onun yadına salaq. İndi çoxları Rza İbadovu xatırlamır. Ancaq Rövşən Rzayev yaxşı xatırlayar. Hər ikisi bir zamanlar eyni işi görürdü. Rza İbadov məmurlarla, Rövşən Rzayev isə sahibkarlarla "külüng” çalırdı.
Rza İbadov pis külüng çaldığına görə, ölkədən qovuldu, Rövşən Rzayev isə yaxşı külüng çaldığına görə, daha da irəli getdi. Bax Rövşən Rzayevin karyerasında belə nüanslar çoxdur. Biz sadəcə, birinə baxdıq, özü də gözucu.
İndi keçək Rövşən Rzayevin "Qaçqınkom” sədri kimi fəaliyyətinə.
Uzun-uzadı yazmadan konkret bildirək ki, Rövşən Rzayev ona göstərilən etimadı doğrulda bilmədi. Nəinki doğrultmadı, əksinə özündən əvvəlki problemləri daha dərinləşdirdi.
Təsəvvür edirsiniz, dövlət qaçqın və məcburi köçkünlərin sosial həyat tərzinin yaxşılaşdırılması məqsədi ilə büdcədən və ehtiyat fonddan milyonlar ayırır. Komitə sədri milyonlarla vəsaiti ancaq özünə yaxın şirkətlərə pay verir, yəni tenderdə ancaq sədrə yaxın şirkətlər qalib olur.
Rüşvətin və korrupsiyanın buynuzu olumur e, cənab Rzayev !
Yaxud komitənin Mənzil İstismar departamentinin direktoru Səbuhi Əhmədovun əməllərinə niyə göz yumursan, cənab komitə sədri?
Bəlkə satılan evlərdən, komitəyə tabe olan JEK-lərdə baş verən qanunsuzluqlardan, alverdən xəbəriniz yoxdur?
Rövşən Rzayevin vəzifəyə gəlişindən sonra nəinki problemlər azalıb, əksinə narazılıqlar səngimək bilmir.
Bütün bunlara görə, Qaçqınkomun fəaliyyəti ciddi təftiş olunmalı, dövlətin ayırdığı milyonların hara xərcləndiyi bəlli olmalıdır. Yoxsa, Səbuhu Əhmədovun zibil-tullantı qabları almağa xərclədiyi 150000 ( yüz əlli min ) pulun sorağı başqa yerdən gələcək.
Bir sözlə, Rövşən Rzayevin etimad limiti başa şatıb.
Cənab Rövşən Rzayev !
Vaxtilə Ulu Öndərimiz Heydər Əliyev xalqın malını yeyən, qaçqın və məcburi köçkünün haqqını tapdalayan məmurlara ən sərt və kəskin cavabı verib. Həmin videoya baxmağınız məsləhətdir. //gundelik-baku.com//

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər