Sosial

Jurnalist Prezidentə müraciət etdi

 

Füzuli rayonundan məcburi köçkün, 12 ildir mətbuatda fəaliyyət göstərən jurnalist Ramid İbrahimov prezident İlham Əliyevə müraciət edib.

Jurnalist bildirib ki, o, dövlət başçısına etdiyi müraciətdə gənc məcburi köçkün ailəsi olduğunu, özünün və həyat yoldaşının Bakıda işlədiyini, eləcə də burada ağır sosial durumda kirayələrdə yaşadığını vurğulayıb.

"Dövlət başçısına etdiyim müraciətdə bizim hərbi təcavüz nəticəsində öz doğma torpağımızdan didərgin salındığımızı, uzun illər ağır vəziyyətdə olan müvəqqəti yaşayış yerlərində məskunlaşdığımızı, öz hesabımıza ali təhsil aldığımızı və məşğulluq problemimizi özümüzün həll etdiyini qeyd etdim. Müraciətimdə məcburi köçkün olaraq Şirvan şəhərində qeydiyyatda olduğumuzu, amma uzun illərdir Bakıda işlədiyimizi və ehtiyacımızı vurğulayaraq, məcburi köçkünlər üçün Bakı şəhəri və ya Abşeron rayonu ərzasisində inşa olunmuş yaşayış binalarından birində ailəmizə mənzil ayrılmasına göstəriş verməsini xahiş etdim”,-deyə jurnalist bildirib.

Ramid İbrahimov

R.İbrahimov qeyd edib ki, 12 ildən artıqdır jurnalist olaraq çalışır, sosial müdafiə, sosial siyasət və sosial-iqtisadi mövzularda araşdırmalar, müsahibələr və reportajlar hazırlayır: "Əmək fəaliyyətim davam etdirməklə yanaşı ixtisaslaşmaq məqəsdi ilə jurnalistlərin təcrübi biliklərinin və peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən layihələrdə mütəmadi iştirak etmişəm.
Uzun illərdir Bakıda yaşadığımız və işlədiyimiz üçün bizim həyatımız paytaxtla bağlıdır. Məşğulluq problemini həll etsək də, mənzil problemindən əziyyət çəkirik. Kirayə haqqını vaxtında ödəyə bilmədiyimiz üçün daimi bir yerdə kirayədə qala bilmirik”.

Jurnalist qeyd edib ki, 11.06.2019-cu il tarixdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qəbulunda olub: "Sədrə şifahı və yazılı şəkildə müraciət etdim. O, şəxsən təqdim etdiyim müraciətimi Komitə tərkibində fəaliyyət göstərən xüsusi komissiyaya yönəltdi. Həmin komissiyadan mənə standart cavab verilib. Cavabda mənim adımın mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısında olduğu qeyd olunub. Amma harada? Bəli, mən müvəqqəti qeydiyyatda olduğum Şirvan şəhəri üzrə mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısında varam. Mən isə müraciətimdə bizim Bakıda işlədiyimizi və yaşadığımızı vurğulayaraq, mənzilin Bakı və ya Abşeron rayonu ərazisində verilməsini xahiş etmişdim”.

Son xəbərlər

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Bütün xəbərlər