Gündəm

Dövlətdən mənzil almaq üçün boşanırlar - KOMİTƏDƏN AÇIQLAMA | FED.az
  

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən yeni mənzilə sahib olmaq üçün məcburi köçkünlər arasında süni boşanmalar mövcuddur.

Eləcə də bax: "Qaçqınkom" 70 ailəyə verilən evi - GERİ ALACAQ

Mumtv  xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib.

Onun sözlərinə görə, mənzillə bağlı problemi olmayan müəyyən məcburi köçkünlər Dövlət Komitəsi üçün çox böyük problemlər yaradırlar:

"Mənzillə təmin olunduqdan sonra otaq sayından narazı qalan məcburi köçkünlər, bundan əlavə özünün şəxsi evi olan məcbur köçkünlər ev üçün bizə müraciət edirlər. Həddindən artıq süni boşanmalar mövcuddur. Əlimizdə məhkəmənin qərarı var deyə biz heç nə edə bilmirik. Amma bilirik ki, bu, süni boşanmadır. Təbii ki, mən bunu bütün məcburi köçkün ailələrinə aid etmirəm. Çox təəssüf ki, məcburi köçkün ailələrinin içərisində belə problemlər var. Onlar hər vəchlə çalışırlar ki, mənzil alsınlar. Misal üçün, hansısa məcburi köçkünün şəxsi evi var, amma öz adına deyil. Buna görə də biz onun boynuna qoya bilmirik ki, bu ev sənin özəl evindir. Hamı bilir ki, həmin ev onun şəxsi evidir. Bizim üçün ən böyük problemi yaradan məsələ budur. Təsəvvür edin ki, oğul atası ilə, ata oğlu ilə, ana qızı ilə yola getmədiyini deyir və buna görə də ayrı-ayrılıqda ev verilməsini tələb edirlər”.

E.Zeynalov bildirib ki, Dövlət Komitəsi məcburi köçkün ailələrini otaq saylarına görə birləşdirə və bölə bilir:

"Biz otaq saylarına görə ailələri özü istəmədən ya bölürük, ya da birləşdiririk. Bu da irəli tikilən evlərin otaq saylarından irəli gəlir. Dövlət Komitəsi sifariş verdiyi mənzillər üzrə otaq saylarını əvvəlcədən bilir. Ona görə də sonradan heç bir ciddi problemlər yaşamırıq. Amma özəl şirkətlər tikəndə onlar sayı bilmədiyi üçün otaq sayları da əvvəlcədən müəyyənləşmir. Biz buna görə də məcburiyyət qarşısında qalanda otaq sayını bölürük. Yəni, məcburiyyət qarşısında qalıb ata və anaya ayrı, oğula ayrıca ev veririk. Bəzi hallarda isə biz ailələri birləşdiririk. Tutaq ki, 2 otaqlı mənzillər yoxdu. 3 və ya 4 otaqlı qalırsa, biz ailələri birləşdiririk. Bəzən deyirlər ki, ailədə gəlinlə qayınana yola getmir. Amma burada sual yaranır: Necə oldu ki, həmin gəlinlə qayınana yataqxanada bir otaqda 20 il yola getdilər, amma ev veriləndə yola getməməyə başladılar? Təbii ki, məcburi köçkünlərin bu problemi çox ağrılıdır”.

Qeyd edək ki, ötən il boşanmalar Bakı şəhərindən sonra Kəlbəcər-Laçın (2,3 faiz), Abşeron və Yuxarı Qarabağ (2,0 faiz) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7 faiz) yüksək olub./Report


Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər