Gündəm

Bakı toyxanalarında canlanma:
Artq 1 ilə yaxındır Azərbaycanda toy mərasimlərinin keçirilməsi qadağan edilib. Məlum səbəbdən, yəni dünyanı bürümüş pandemiya üzündən. Nəticədə xəbər lentlərində tez-tez bu və ya digər rayonda , evlərində "gizli toy, nişan mərasimləri keçirənlərin” aşkarlanması və cərimələnməsi haqda xəbərlərə rast gəlirik. Axı insanlar vəziyyətin mürəkkəb olmasına baxmayaraq həm də ailə qurmaq, oğul-uşaqlarını evləndirmək, onların xoşbəxtliyini görmək arzusundadır. Digər tərəfdən Azərbaycanda "toy sektoru” həm də çoxlu iş yerləri deməkdir və bu "sektorda” işləyənlər də toylara icazə verilməsini səbrsizliklə gözləyirlər.

Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxmaların azalmasını və vaksinasiyanın başlamasını nəzərə alaraq yanvarın 25-dən etibarən sərt karantin rejimini mərhələlərlə yumşaldır. Bu baxımdan əhali arasında toylara da icazə veriləcəyi haqda söhbətlər yayılmaqdadır. Hətta qapıları bir ildir bağlı olan şadlıq saraylarında bu söz-söhbətlərə görə artıq müəyyən canlanma da yaranıb. Gələn ay üçün yerlər sifariş verənlər artıb. Hətta bir çox şadlıq evlərində mart-aprel ayları üçün boş yer qalmayıb.

Paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində yerləşən "Royal” şadlıq evindən virtualaz.org-a bildiriblər ki, mart ayı üçün yerlər rezerv olunub, yalnız aprel ayı üçün 2-3 boş yer qalıb. "Həftəsonları artıq rezerv olunub. Hələlik operativ qərargahın qərarını gözləyirik. Buna görə də qiymətlər və menyu ilə bağlı qərar verməmişik”, -şadlıq evinin özünü təqdim etmək istəməyən əməkdaşı deyib.

Metronun "Gənclik” stansiyasının yaxınlığında yerləşən "Gilavar” şadlıq sarayında da boş yer tapmaq çətindir. Sarayın inzibatçı Fərid Əhmədli bildirib ki, qərar verilərsə ilkin mərhələdə köhnə müştərilərə yer veriləcək. "Pandemiyadan əvvəl yer tutanlar çoxdur, onlar hələ də gözləyirlər. Ara məsafənin qorunması ilə nişan, toy təşkil etmək mümkündür. Məsələn, bizim zalın sahəsi 1200 kvadratmetrdir, 10 nəfərlik masaya 6 nəfər yerləşdirə bilərik”,-inzibatçı belə deyib.

Amma ara məsafənin qorunması ilə toy keçirilməsi ev sahibinə baha başa gələ bilər. Əhmədov deyir ki, məsələn, masanı dodurmaq üçün əlavə qidalar qoyulmalıdır. Buna görə də indidən qiymət danışa bilmirlər: "Pandemiya toy biznesini çökdürdü. Nə qədər insan bu sahədən evinə çörək aparırdı. Bir dəfəyə 50-60 kiloqram meyvə, ət, toyuq alınırdı. Bazar da ziyan çəkdi. Amma digər tərəfdən, qiymət artımına da gedə bilməyəcəyik, çünki rəqabət çoxdur, hamı pandemiyadan sonra müştəri tutmağa çalışacaq”.

"Cıdır düzü” sarayının inzibatçısı Habil Ağayev də son yumşaltma tədbirlərindən sonra müraciətlərin artdığını təsdiqləyib. Onun sözlərinə görə, apreldə toylara icazə veriləcəyinə ümid edirlər. "Amma 50-60 nəfərlik mərasimlər də sərfəli deyil. Məsələn, 250 nəfərlik zalı 50 nəfər üçün doldurmaq olmaz. Hamı masanın boş olmamasını istəyəcək. İnsanları da qınamaq olmur”,-Ağayev deyib. Əlavə edib ki, müştəriləri arasında hər ay zəng vurub yerlə maraqlananlar var: "İlk olaraq keçən ildən sifariş verənləri yerlə təmin edəcəyik. Hələ də behini geri almayanlar var. İnsanlar fikirləşirlər ki, illərlə toya gediblər, niyə indi övladlarının şad günlərini görmək qismət olmasın? Toy edib cehiz alanlar var”.

"Grace Hall” şadlıq sarayının inzibatçısı Əli Nağıyev isə bildirib ki, martın 15-dən yer sifariş verənlər var.

"Xəzinə” şadlıq evində isə deyiblər ki, tək mart-aprel ayları, deyil, yay ayları üçün də indidən yer tutanlar var. "Təkcə toy sahibləri deyil, ofisiantlardan tutmuş aşbazlara qədər hamı toyların başlamasını gözləyir. Toylara icazə vermək nə qədər adamın dolanmasıdır. Buna görə də səbirsizliklə verilən qərarı gözləyirik. Şərtlər açıqlanandan sonra menyunun qiymətinə də baxılacaq, hələlik qiymət dəyişikliyi yoxdur.

Qeyd edək ki, operativ qərargahın qərarı ilə karantin tədbirləri aprelin 1-dək uzadılıb. //virtualaz.org//

Son xəbərlər

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Bütün xəbərlər