Gündəm

Masallıda 20-yə yaxın Yanacaq Doldurma Məntəqəsindən hansı az
Bizdə Yanacaq Doldurma Məntəqələrinin əksəriyyətinin rəhbər Hacı, Kərbəlayı, Seyid və yaxud çox bərkgedən, daim haqdan, ədalətdən danışanlardır.

Əhali arasında birmənalı qəbul edilən bir fikiri var - heç bir YD məntəqəsində benzin düz vurulmur. Sadəcə insaflısı, insafsızı var. Yəni, kimisi 10 litrə 1 litr, kimisi 10 lirə 0,5 litr oğurlayır. Amma eləsi var ki, sürücünün "qulağını” lap dibindən kəsir, 10 litrə 2 litr oğurlayır.

Bu günlərdə özümün şahidi olduğum məqamı təqdim edim. İşlətdiyim maşının sistemi elə qurulub ki, bakda neçə kilometr üçün benzin qalıb, onu göstərir. 50 kilometrlik benzin qalanda isə heç nə göstərmir. Nə isə. Bakda 54 kim-lik benzin qalanda girdim YDM-yə, 20 litrlik benzin vurdum. Normalda şkala 250 kim göstərməli idi. Yəni, 54 kim-lik əvvəldən var idi. 20 litr üçün də 200 km hesab etsək, edir 250 km. Şkala nə göstərsə yaxşıdır, 209 km. Yəni, 4 manatlıq, 40 kilometrlik benzini "yemişdilər”. Rəhbərliyi fikrimi bildirəndə heç tükləri də tərpənmədi. Deməli, hər benzin vuranda mən bunlara 4 manat nəzir verməliyəm. Ay ərzində bu 20 manatadan artıq edir.

Hələ bəziləri deyir ki, hər YDM-də bir "təmiz” aparat olur. Kim ki, bunların oğurluğun "konister”lə tutmaq istəyir, o vaxt, bir də komissiya-filan olanda həmin aparatdan faydalanırlar.

Əvvəllər 95 markalı benzin vurduranlar üçün də elə 92 markalı vururlarmış. Sonralar bunu tərgitdilər. Hələ benzinə qatqıları demirik.

Benzinin bahalığı bir yana, həmin benzinə görə ərzağın bahalığı o yana, hələ gözgörəsi də oğurluq edirlər.

Yəqin bəzisinin, din-iman damarı tutub, deyəcək ki, belə haram pulları necə yeyirlər? Arxayın olun, tam yemirlərlər, 50-100 min olan kimi övladlarının əxlaqsız, qudurğan, ürəkbulandıran hərəkətlərini ört-basdır etmək üçün aparıb adamtutan idarələrə verirlər. (Bildiniz də nəyi deyirəm?)

Bəllidir ki, əksər sürücülər Bakıya gedib-gələrkən şəhər "Zaprafkaların”dan faydalanırlar. Xüsusən, SOCAR-dan

Bəs Masallıda hansı Yanacaq Doldurma Məntəqəsi daha insaflı, hansılar daha insafsı "oğurluq” edir?. Rəy bildirəndə "niyəsin” yazmağı unutmayən.

Yeri gəlmişkən, onu deyim ki, bütün belə işlərə ictimai nəzarəti həyata keçirən birliklər də var. Heyf ki, ya hamısı gözüyumulu gəzir, ya da vəsiqə satmaqdan başları ayılmır.

Rayondakı lap yuxarılıraın isə benziləri müftə vurulduğundan "Günəşi” "Gəndələş” oxuyurlar.

P.S. Bilə-bilə, haqqımı yeyən YDM-nin adını yazmadım ki, görüm məndən başqa kimlərin "qulağı” belə kəsirlər? Kiminsə cınqırı çıxacaq? Ya məni "qara”basır?

Suallarımı dolğun cavablandırsanız, çörəyi nazildib Fətirə oxşadanların da "qəhrəmanlığından” danışacağam. Onda biləcəksinizi, niyə çörək satan dükanlar Masallının yox Bakı və Lənkəranın çörək zavodlarının məhsullarını satırlar.

Ya elliklə "cəhənnəmə ki, belə gəlib, belə də gedəcək. Buna da şükür” deyib, boşa verək, ya da onlarla, yüzlərlə maşın işlədənlər birgə imza atıb, gecə-gündüz "islahat” deyən rəhbərlərə ünvanlayaq.

Sonda kefinizi açmaq üçün bir ləzgi lətifəsi-"Əyləşib çörək kəsdik, Allah çörəyinizi kəssin”

Zahir Əmənov. cenub.az

Son xəbərlər

Hər 100 uşaqdan birində “sədəf” xəstəliyi var

Hesablama Palatası DSMF-də yoxlama aparır

“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” — Polis hərəkətə keçdi

Yasamalda əməliyyat: Saxlanılanlar var — VİDEO+FOTO

Qubad İbadoğluya elektron qandal taxıldı — FOTO

Bu universitetin rektoru 110 min manata yeni avtomobil sifariş verib

Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Bakıda restoranda faciə: Zarafatla güləşdilər, bir öldü - Hökm oxundu

Ermənistanın Azərbaycanla sərhəddə torpaq sürüşməsi oldu

Sabunçu "kralı" rayonu " öz qanunları" ilə idarə edir - VİDEO

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı

Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başladı

Bu şəxslərə 1380 manat ödəniş edilir

Ermənistanın Birinci Kanalı Əskipara ilə bağlı filmi sildi

Lavrov dünyadakı problemlərin səbəbini açıqladı

Günəşdə yeddi güclü partlayış olub

DİN-dən valideynlərə MÜRACİƏT

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Bütün xəbərlər