Gündəm

Xəstə uşaq atasından Giley:

 

 

 

 

 

 

 

 

 

 

 Respublikamızın müxtəlif rayonlarından,şəhər və kəndlərindən DogruXeber.az informasiya agentliyinin redaksiyasına müxtəlif xarakterli,müxtəlif səpkili məktublar gəlir.Onların əksəriyyətini şikayət məktubları təşkil edir.Haqqı-hüququ  pozulan,haqsızlıqla üzləşən,incidilən,get-gələ salınan,süründürməçiliyə məruz qalan bu zavallı insanların məktublarını  həyəcansız oxumaq mümkün deyil.Böyük ürək ağrısı ilə yazılmış bu şikayət məktublarını oxuduqca  təsirlənir,acı təəssüf hissləri keçirirsən.Öz səlahiyyətlərini aşan,vəzifə borclarını yerinə yetirə bilməyən,məsuliyyət hissini itirən bəzi yerli məmurların yarıtmaz fəaliyyəti,özbaşınalığı,laqeydliyi nəticəsində narazı qalan insanların qapı-qapı başqa dövlət qurumlarına,ictimai təşkilatlara,hüquq müdafiəçilərinə üz tutmağa və şikayət etməyə səbəb olmuşdur.Hər cür yardıma,köməyə ehtiyacı olan,yaşadığı rayonun rəhbərliyi tərəfindən diqqətsizlik,etinasızlıqla qarşılanan,qapılara salınan insanlardan biri də Gədəbəy rayonu Çaldaş kənd sakini Kamil Yolçu oğlu Orucovdur.O,heç bir ali təhsil almayan,savadsız,sadə bir kənd adamıdır.Xəstə uşağından və bir də cənab Allahın ona verdiyi yaşamaq haqqından başqa heç nəyi yoxdur,olduqca kasıbdır.Amma elə böyük ürəyi var ki!...Danışdıqca  kövrəlir gözləri dolur,haldan-hala düşürdü.Onun gözlərindən,danışığından,bir də səsindən böyük əziyyət çəkdiyini ağır və məşəqqətli  həyat yaşadığını aydın hiss olurdu…

      Bəs bu zavallı insanın arzusu istəyi nədir?İsti ev-eşiyindən uzaq düşüb.Böyük çətinliklə,sıxıntlarla redaksiyamıza  gəlməyinə məcbur olan səbəb nədir?Nədən gileylənir,nədən şikayətlənir?...Əgər qısa sözlə ifadə etsək işsizlik! Bəli,bəli işsizlik!işsizliyin ağır məngənəsi onu elə sıxmışdır ki, getmədiyi yer,döymədiyi qapı qalmayıb.Bəs,dünya şöhrətli alimləri,ziyalıları,şairləri,yazıçıları ilə məhşur olan Gədəbəy  rayonunda onu öz kölgəsi altına alan bir iş adamı,xeyirxah bir insan tapılmadımı?Onun qeydinə qalan, ərizəsini oxuyan,könlünü alan bir adam olmadımı?Bizim xalqımız həmişə öz milli-mənəvi dəyərləri,gözəl adət-ənənələri xeyirxahlığı yaxşılığı,insanpərvərliyi,qonaqpərvərliyi,əliaçıqlığı ilə bütün xalqlara nümunə olmuş və onların yaddaşında əbədi kök salmışdır.Daxili gözəllik və əxlaqi dəyərlər tarix boyu bizim xalqımızın,millətimizin,insanlarımızın mənəvi sərvəti olub və hesab edirik ki,öz qiymətini qoruyub saxlamaqdadır.Gədəbəy həmişə bizim qürur mənbəyimiz olub .O,yerlərin dağı,təbiəti kimi insanları da saf,təmiz və xeyirxahdır.Bəs indi nə olub?Kamil Orucov yazır ki,Gədəbəy rayonunda getmədiyim,qapısını döymədiyim bir idarə,bir müəssisə qalmadı.Amma heç kim mənə bir iş vermədi.Başa düşdüm ki,kasıba heç yerdə yer yoxdur.
      Bəs Gədəbəy Rayon İcra Hakimiyyəti? 
      Biz bu barədə bir qədər ətraflı danışmaq istəyirik.İlk öncə şikayətçi Kamil Orucovun dediklərindən bəzi qeydləri hörmətli oxucularımızın diqqətinə çatdırırıq:”Dəfələrlə İcra Hakimiyyətinə getmişəm.Başçının qəbuluna düşmək mümkün deyil.Ümumiyyətlə o heç şikayətçiləri qəbul etmir.Müavinlər və başqa işçilər də kasıbları yaxın buraxmır.Ömründə bir dəfə müavinin qəbuluna düşdüm.Güya bilmirdi,soruşdu ki,nə istəyirsən,bura niyə gəlmisən?Dedim ki,işsizəm çoxdandı işləmirəm,xəstə uşağım var.O,güldü,məni ələ saldı.Xeyli güləndən sonra dedi ki,iş-zad yoxdur,get hara istəyirsən şikayət elə.Sonra məni ümidsiz yola saldı.”Bax belə! Kadr yerində olmayanda sadə zəhmət adamları əziyyət çəkir,qapılara düşür.Görünür o müavin evi ilə dövlət idarəsini səhv salıb.Əgər evinə gedib narahat etsəydilər,qapını döysəydilər,kömək etsəydilər, düşünərdik ki, bu onun öz şəxsi işidir,əgər bütün əxlaqi və mənəvi dəyərlərin üstündən xətt çəkib qapısına gələn insanı ələ salıb evindən əli boş qovursa,bu,onun insani xüsusiyyətlərindən uzaq daxili göstəricilərinin təzahürüdür.Amma İcra Hakimiyyətində qəbula gələn sadə insanlarla bu cür davranmaq qətiyyən olmaz və bu ali dövlət qurumunun adına,şərəfinə ləkə gətirən,onun nüfuzuna zərbə vuran kobud hərəkət və yanlış münasibətdir.İcra Hakimiyyətinin başçısı xalqdan uzaq düşəndə,təyin olunmuş qəbul qaydalarını pozanda,işçilər üzərində nəzarəti itirəndə,öz işinə məsuliyyətsiz,səthi,”dırnaqarası” yanaşanda nəticəsi belə olar.Yuxarıda qeyd etdiyimiz kimi rayonda elə bir dövlət idarəsi qalmayıb ki,Kamil Orucov iş üçün ora müraciət etməsin.Yəni doğrudanmı respublikamızda öz çəkisi,öz adı-sanı olan Gədəbəy rayonunda bir insan üçün adi bir iş yeri tapılmır?Xeyirxahlıq əsirlər boyu xalq kütlələrinin tərənnüm etdiyi və qoruyub saxladığı ən gözəl insani dəyərlərdən biridir.Xeyirxahlıq əxlaqi sərvətimizin əsası və insanların birgə yaşayışının təməl daşlarından və əsas xüsusiyyətlərindən biridir.Əgər bu dəyərləri İcra Başçısının müavini itiribsə, Başçının özü yəqin ki,bilməmiş deyil?Cənab Başçı İbrahim Mustafayev onu da bilməmiş deyil ki,vaxtı ilə Ulu Öndər Heydər Əliyev bir proqram,bir tezis kimi demişdir:sitat "Biz öz milli-mənəvi dəyərlimizlə fəxr etməliyik.Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında,yaşayışında,fəaliyyətində formalaşıbdır.Milli-mənəvi dəyərləri olmayan millət həqiqi xalq,həqiqi millət ola bilməz.” İ.Mustafayev unutmamalı idiki ümummilli lider milli-mənəvi dəyərlərimizin öyrənilməsini  qorunub saxlanılmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü.O,həmçinin mədəniyyətimizi və milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox,həm də siyasi varlığımızın dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.Bunu ona görə xüsusilə vurğulayıraq ki, İcra Hkimiyyəti başçısının müavini qəbula gələn vətəndaşları ələ saləb aşağılayarkən ona öz həqiqi yerini göstərməli və cəzalandırmalı idi.Amma belə olmadı.Özünü elə apardı ki,guya onun belə işlərdən xəbəri yoxdur.Hansı ki,biz bu mövzuda və bu barədə hələ keçən il "DoğruXeber.az”saytı olaraq iki dəfə informasıya vermişdik.Burdan belə nəticə çıxarmaq olar ki,Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Bu məsələyə ikinci dərəcəli bir iş kimi baxmış və əhəmiyyət verməmişdir.Buda onu deməyə əsas veririki vətəndaşların,sadə əmək adamlarının taleyi onu maraqlandırmır.Bu, İcra Başçısına maraq dairəsindən kənarda olan bir işdir.Bunu deməyi özümüzə borc hesab edirik ki,milli-mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran,inkişafa kömək edən bir amil davranışdır.Məhz bu dəyərlərin və davranış qaydalarının itirilməsinin ən bariz nümunəsidir ki,Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini kömək üçün onun qəbuluna gəlmiş vətəndaşlara o cür münasibət bəsləyir və bunun ən pisi isə İcra Başçısının heç bir ölçü götürməməsidir!Bu qədər yazılardan,söhbətdən sonra bir dəfə olsun maraqlanmadı ki,xəstə uşağını saxlamağa,müalicəsini aparmağa imkanı olmayan və buna görə də qapılara düşüb iş axtaran vətəndaşının taleyi necə oldu?İş tapdımı,yoxsa xəstə uşağını qucağına alıb əllərini göyə qaldıraraq ümüdini Allaha bağlamışdır?Əlbəttə milli-mənəvi dəyərləri itirmiş məmurlar üçün indi bunun əhəmiyyəti yoxdur.Amma ölkə başçısı Cənab Prezident İlaham Əliyevin təşəbbüsü ilə yaradılan "Mənəvi Dəyərlərin Təbliği”Fondu bu sahəyə sistemli dövlət qayğısının bariz nümunəsidir.Bununla Cənab Prezident dövlət məmurlarına mesaj vermişdir ki,işlərini məhz bu istiqamətdə qursunlar.Daha Gədəbəy kimi gözəl bir rayonun kasıb imkansız bir sakinini Bakının küçələrinə salıb iş üçün qəzet və saytlar vasitəsi ilə ölkə başçısına müraciət ünvanlamağa məcbur etməsinlər.
    Mövzunu gündəmdə saxlayacağıq...
Redaksiya qarşı tərəfin söz haqqını tanıyır:

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər