Gündəm

Baş redaktordan Azərenerjinin prezidenti Baba Rzayevə müraciət








                                                 " AZƏRENERJİ "  AÇIQ  SƏHMDAR CƏMİYYƏTİNİN 
                                                      PREZİDENTİ  BABA  RZAYEV  CƏNABLARINA

                                                                    M Ü R A C İ Ə T

    Hörmətli cənab  Baba Rzayev! Son illər respublikamızda aparılan islahatlar, kadr dəyişiklikləri öz müsbət nəticələrini verməkdədir və indi onu deməkdən  böyük məmnunluq duyuram ki,  korrupsiyalaşmış məmurların  bəd əməlləri, qanunsuz hərəkətləri,insanların yaddaşında yaratdıqları mənfi fikirləri  yavaş-yavaş  müsbətə doğru  dəyişməkdədir.  Təəssüf edirəm ki, belə xoşagəlməz hallar  sanki bir xəstəlik kimi  dövlət orqanlarını bürümüş,  hətta Cənab Prezidentin  inanıb, seçib yerləşdirdiyi, etibar etdiyi  insanlar belə müəyyən vaxtdan sonra nəfsinin qarşısında aciz qalaraq yollarını azmışlar. Xalq bunları yaxşı görür,tanıyır, ağı qaradan, yaxşını pisdən  seçməyi bacarır. İndi elə bir zamandır ki,  balaca bir uşaq əlini telefon düyməsinə basaraq dünyada nələr baş verdiyinin şahidinə çevrilə bilir. Əlbəttə bunu bütövlükdə  hamıya, hər bir dövlət qurumuna aid etmək olmaz.  Ölkəmizdə namuslu,  qeyrətli, xalqını, vətənini, dövlətini sevən, öz vəzifə borclarını  vicdanla, ləyaqətlə yerinə yetirən məmurlarımız da var. Onlar azlıq təşkil etsələr də yox deyillər.  Biz jurnalistlər bunları daha yaxşı görür və yeri gəldikcə saytlarımızda və internet TV-lərimizdə  işıqlandırırıq.  

      Cənab Baba Rzayev!  Belə azlıq təşkil edən yüksək çinli dövlət məmurları arasında biz sizi də görür və hesab edirik ki, insanlarda kütləvi  narazılıq və etirazlar yaratmadan  öz iş prinsipiniz və səmərəli fəaliyyətinizlə  xalqla ölkə başçısı arasında yaxınlıq, birlik yaradır, ona olan inamı artırır və beləliklə də  Cənab Prezidentə dəstək olursunuz.  Bu, çox  gözəldir.  Amma təəssüf  ki,  " Azərenerji”  ASC -də  öz işinə səhlənkar və məsuliyyətsiz yanaşan, ona tapşırılan vəzifənin mahiyyətini dərk etməyən, tutduğu vəzifəyə öz mülkü kimi yanaşan, insanları incidən, get – gələ salan, süründürməçi, bürokratik münasibət bəsləyən məmurlar da yox deyildir.  Açığını  deyim ki, belələri sizin  işinizə kölgə salır, böyük zəhmətiniz hesabına qazandığınız ad-sanınıza ziyan vururlar.  Belə ki, mənim qardaşım-Cəbrayıl  rayonundan olan məcburi köçkün  Ulduz Talıb oğlu  Əsgərov 5 ay bundan əvvəl  "Azərenerji” ASC-də  işə qəbul olunmaq üçün  test üsulu ilə imtahan vermiş və bu sınaqdan böyük uğurla çıxmışdır.  Məlumat üçün deyim ki, qardaşım institutu fərqlənmə diplomu ilə  bitirdikdən sonra  test üsulu ilə  "Azərişıq” ASC -də işə qəbul olunmuş, 15 il  nəzarətçi-mühəndis  vəzifəsində qüsursuz çalışmışdır. Öz işinin mahir bilicisi,  olduqca savadlı, təcrübəli, bilikli, bacarıqlı, insanlarla münasibət qurmağı bacaran, dövlət maraqlarını hər şeydən üstün tutan vicdanlı bir kadrdır. Mən bunu qardaşım olduğu üçün yox,  ədalət naminə deyirəm. Deyirlər siz də haqqı-ədaləti  sevirsiniz.  Ona görə sizə müraciət edib bildirirəm ki,  aradan uzun müddət keçməsinə baxmayaraq qardaşıma "Azərenerji”dən hələ də  bir cavab verilməmişdir və  hesab etmirəm ki, bu  sayğısızlıq, diqqətsizlik, insan həyatına, insan  taleyinə  biganəlik  yalnız mənim qardaşıma görədir,  həm də düşünürəm ki, bu, "Azərenerji” ASC- nin həmin  sahəyə məsul əməkdaaşlarının  peşəkarlıqdan uzaq, yarıtmaz  fəaliyyəti,  məsuliyyətsizliyi, köhnə totalitar sistemdən qalmış düşüncə tərzi, süründürməçiliyi və və insanlara qarşı biganəliyidir. Mən inanmıram ki, bu cür əqidə sahibləri, bu cür məmurlar  3 azyaşlı uşaq atasının məcburi köçkün həyatı yaşamağa məhkum olunmuş valideynlərinin ac gözlərinə baxmağa utanan bir insanın nələr keçirdiyini, hansı hisslər yaşadığını başa düşsünlər.  Bu çox çətin insani bir məsələdir.  Düzünü deyim ki, böyük bir hörmət sahibinin rəhbərlik etdiyi böyük bir cəmiyyətdə bu cür hallara yol verilməsi, məntiqi cəhətdən  Cənab  Prezidentin çağırışlarının əksinə getmək fikrini yaradır, hansı ki,  Cənab Prezident dönə- dönə, təkrar-təkrar vurğulayır ki, bizim hamımız xalqa xidmət etməliyik, bu bizim borcumuzdur, hər şey xalq üçündür.  Bu, dolayısı yolla sizin özünüzə, nüfuzunuza, hörmətinizə  zərbə vurmaqdır.  Bəzən jurnalistlər arasında  "Azərenerji”dən bu və digər mövzuda söhbət gedərkən  mən qəti şəkildə o fikirlərin əleyhinə çıxıram ki, Baba müəllimin belə işlərdən xəbəri yoxdur.  Odur ki, sizə müraciət edirəm.  Mənim qardaşım energetika sahəsində  cavan olmasına baxmayaraq peşəkar  işçidir, təcrübəlidir, yuxarıda qeyd etdiyim kimi  15 il  "Azərişıq”da işləyəndən sonra  obyektiv səbəblərdən  öz ərizəsi ilə işdən ayrılsa da, yenidən ( bir ildən sonra )  sevimli  işinə, peşəsinə  qayıtmaq  istəyir. 

     Hörmətli Baba müəllim, özünüz də yaxşı bilirsiniz ki, indiki dövrümüzdə işsizlik nə deməkdir? Mən qısa şəkildə  belə deyərdim:  bu, diri ikən ölümə məhkum olmaqdır. Xahiş edirəm, düzlüyünə, ədalətinə  güvəndiyiniz  məmurlardan birinə tapşırıq verin bu işlə maraqlansınlar. Öyrənsinlər,  araşdırsınlar və soruşsunlar  ki,  işə qəbul edilmək üçün  imtahan verməkdən başqa daha nə etmək lazımdır ki,   bu zavallı insanlar  əlavə 5 ay da artıq  gözləməsinlər. Heç olmasa doğru, düzgün, əsaslandırılmış bir cavab versinlər.  Yoxsa  bu elanlar,yoxlamalar,imtahanlar,testlər onlara görə ancaq   yuxarılara mesaj vermək,  gözdən pərdə asmaq və  görüntü vermək üçündür? 
      Böyük hörmətlə

                                                                                        Kamal  ƏSGƏROV, 
                                                                      "DogruXeber.az" saytının və  MUM  TV- inin Baş redaktoru.



Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər